Rusiya xarici işlər nazirinin müavini Sergey Lavrov Cenevrədəki beynəlxalq danışıqların başqa ölkəyə köçürülməsinin zəruri olduğunu və bu məsələdə konsensusun əldə olunması istiqamətində işlərin davam etdiyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mixail Qaluzinin sözlərinə görə, Rusiya tərəfi danışıqlar formatının aktuallığını şübhə altına almır, lakin, eyni zamanda onun yerinin dəyişdirilməsinin tərəfdarıdır.
“Bu, bizim üçün iki fərqli məsələdir. Bir tərəfdən, danışıqlar platforması bu illər ərzində öz faydalılığını sübut edib. Onun sayəsində Gürcüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya sərhədyanı rayonlarında nisbi sülhü qorumaq və “yerdə” gərginliyin artması risklərini saxlamaq böyül ölçüdə mümkündür. Digər tərəfdən, müzakirələrin Cenevrədən köçürülməsi zərurəti Ukrayna ətrafında münaqişə kontekstində İsveçrənin bitərəfliyini yekun şəkildə itirməsi ilə bağlı obyektiv səbəblərlə diktə olunur.
Berninin “Kollektiv Qərb”in aqressiv xəttində praktiki iştirakına, o cümlədən Aİ-nin anti-Rusiya sanksiyalarına qoşulmasına və Kiyev rejimi ilə həmrəyliyə dair çoxlu nümunələr var. Məhz bu hallar bizi danışıqların başqa dövlətin ərazisinə köçürülməsi məsələsini qaldırmağa vadar etdi ki, onun hökuməti, birincisi, danışıqlar prosesinin iştirakçılarından hər hansı birinin maraqlarına xələl gətirə biləcək hər hansı addımdan çəkinəcək, ikincisi, beynəlxalq dialoq formatlarına ev sahibliyi etməkdə kifayət qədər təcrübəyə malik olacaq.
Biz konkret paytaxtların və mümkün “keçid” tarixlərini dilə gətirməyin erkən olduğunu hesab edirik, çünki bu problemin həlli üçün lazım olan konsensusun yaradılması üzrə işlər hələ də davam edir. Abxaziya və Cənubi Osetiya müttəfiqlərimiz Rusiyanın mövqeyi ilə tam razılaşır”, - Qaluzin bu yaxınlarda verdiyi müsahibəsində bildirib.
Cenevrə Beynəlxalq Danışıqlar formatı 2008-ci ilin avqust müharibəsindən sonra yaradılıb. Danışıqlarda Gürcüstan və Rusiyadan başqa ABŞ, ATƏT, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının həmsədrləri də iştirak edir. Müzakirələrə işğal olunmuş Tsxinvali və Abxaziyanın nümayəndələri də cəlb olunub. Cenevrə danışıqları iki paralel işçi qrupda aparılır: birincidə təhlükəsizlik məsələləri, ikincidə isə məcburi köçkünlərin qaytarılması və digər humanitar məsələlər müzakirə olunur.
İyunun 30-da Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ATƏT-in Parlament Assambleyasının Buxarestdə keçirilən sessiyasında çıxış edərək deyib ki, “illərdir ki,Cenevrədə beynəlxalq müzakirələr formatında danışıqlar aparılır, o cümlədən ATƏT-in həmsədrliyi ilə, lakin sülh prosesi hələ də tənzimlənə bilmir”.
Rusiya iki ildir ki, Cenevrədəki beynəlxalq danışıqların yerinin dəyişdirilməsindən danışır. Bu məsələ ictimai olaraq ilk dəfə 2022-ci ildə, Ukraynada müharibə başlayandan sonra qaldırılıb. O zaman Rusiya Xarici İşlər Nazirliyi “Cenevrə müzakirələrinin geosiyasətin girovuna çevrildiyini” bildirərək, danışıqlar prosesinin “daha neytral yerə” köçürülməsinə işarə etmişdi.