“Lelo” partiyası İrakli Qaribaşvilinin hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə etdiyinə görə baş nazirə qarşı impiçment prosedurunun başlanmasını tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu prosesə parlament müxalifəti başlamalıdır. Əgər biz bu cür cilovsuz qanun pozuntusuna dözsək və parlament, cəmiyyətlə birlikdə buna uyğun hərəkət etməsək, Avropa İttifaqına can atmaq illüziyadır – Ğaribaşviliyə impiçment”, - partiya lideri Mamuka Khazaradze qeyd edir.
Partiyanın siyasi şurasının üzvü, hüquqşünas Levan Samuşianın sözlərinə görə, bu, cinayətdir və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə məşğul olmaq halı özünü göstərir, artıq müvafiq orqanlar bununla bağlı araşdırmalara başlamalı idi.
“Baxdığımız reportajda birbaşa sübutlar özünü göstərir və ilk mənbədən etiraflarla doludur, hansı ki, misal üçün uçuşu həyata keçirməsindən və s. Bir qayda olaraq, artıq Baş Prokurorluqda araşdırma başlanmalı və müvafiq prosedurlar davam etdirilməli idi. Amma biz çox yaxşı bilirik ki, belə olan halda prokurorluq istintaqa başlamır, amma heç bir istintaqaqədər hərəkət də həyata keçirmir və birbaşa demək olar ki, qanunu pozur. Buna misal olaraq Şovi faciəsini göstərmək olar.
“Lelo” partiyası baş nazirin törətdiyi iddia edilən cinayətlə bağlı impiçment prosedurlarına başlamaq qərarına gəlib. Vəziyyətin nə qədər özbaşına olduğunu, hansı qanunsuzluqların baş verdiyini hamımız yaxşı görmüşük”, - Levan Samuşia deyib və parlament müxalifətinin üzvlərini impiçment proseduruna qoşulmağa çağırıb.
Gürcüstan Konstitusiyasının 48-ci maddəsinə əsasən Parlamentin tam tərkibinin ən azı üçdə bir hissəsi [50 deputat] Gürcüstan hökumətinin üzvünün Konstitusiyanın pozulması və ya hərəkətdə cinayət əlamətlərinin olması ilə əlaqədar impiçment məsələsini qaldırmaq hüququna malikdir. Məsələ Konstitusiya Məhkəməsinə verilir, o, bir ay müddətində ona baxılır və nəticə Milli Məclisə təqdim edilir.
Konstitusiya Məhkəməsi öz rəyində vəzifəli şəxs tərəfindən Konstitusiyanın pozulmasını və ya onun hərəkətində cinayət əlamətlərinin olmasını təsdiq etdikdə, hesabat təqdim edildikdən sonra 2 həftə ərzində Parlament onun impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması məsələsinə baxacaq və səsverməyə çıxaracaq.
Bu qərar parlamentin tam tərkibinin çoxluğu (ən azı 76 deputat) tərəfindən dəstəklənərsə, hökumət üzvü impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmış hesab ediləcək.
Hazırda parlament müxalifətində 56 deputat var.
“Pirveli” teleşirkətinin məlumatına görə, baş nazir İrakli Ğaribaşvili hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə edib. Baş nazir ABŞ-ın Pensilvaniya Universitetinə daxil olan böyük oğlu, 18 yaşlı Nikoloz Ğaribaşvilini hökumət təyyarəsi ilə Tbilisidən Münhenə gətirib, oradan isə sərnişin təyyarəsi ilə ABŞ-a yola düşüb. Hökumət administrasiyası təsdiqləyib ki, baş nazir həqiqətən də Tbilisidən Münhenə uçmaq üçün hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə edib, lakin o, dövlət hesabına səfər etməyib. “Bu, Gürcüstanın baş nazirinin şəxsi səfəri idi və bu səfərlə bağlı xərclərə o cavabdehdir”, - bu barədə hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze “İmedi” teleşirkətinin efirində bildirib.
Yüksək ictimai marağa baxmayaraq, İrakli Ğaribaşvili və ya hökumət administrasiyası hökumət təyyarəsinin istifadəsi üçün imzalanmış müqaviləni və əgər mövcuddursa, xidmətin dəyərinin ödənilməsini təsdiq edən sənədləri indiyədək yayımlamayıblar.