Noyabrın 1-də səhər saatlarında Lentexi bələdiyyəsinin meri Gia Onianinin ofisi 4 dəfə atəşə tutulub. Atışma nəticəsində bələdiyyə sədrinin kabinetində yanğın baş verib. Meriya binası Lentexi polis idarəsi ilə üzbəüz yerləşir. Polis indiyədək heç kimi həbs etməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 236 və 187-ci (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama, özgənin əmlakına qəsdən zərər vurma) maddələri ilə araşdırma başlanılıb.
Lentexi bələdiyyəsinin meri mediaya şərh vermir. Bildirilir ki, Gia Oniani cinayətkarlar tərəfindən qorunan tenderlərdə iştirak edən qruplardan biri ilə üzləşib.
“Gürcü arzusu”nun üzvü Gia Oniani 2021-ci ildə keçirilən yerli özünüidarə seçkiləri nəticəsində Lentexi bələdiyyəsinin meri seçilib. 2009-2012-ci illərdə patrul inspektoru, 2012-2014-cü illərdə Daxili İşlər Nazirliyinin taktiki idarəsində əvvəlcə idarənin rəis müavini, sonra rəis vəzifələrində işləyib. 2014-2017-ci illərdə Gia Oniani "Nikora Trade" MMC-nin monitorinq şöbəsinə rəhbərlik edib, 2017-2021-ci illərdə BMS GROUP-da işləyib.