Böyük Britaniyada müxalif “Leyboristlər Partiyası” növbədənkənar parlament seçkilərində qalib gəlib və yerlərin mütləq əksəriyyətini qazanıb. İlkin məlumatlara görə, leyboristlər 650 yerdən 412-ni qazanıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş nazir Rişi Sunakın rəhbərlik etdiyi “Mühafizəkarlar Partiyası” cəmi 121 mandat qazanaraq 20-ci əsrin əvvəlindən bəri ən pis nəticəni göstərib.
Bu, Mühafizəkarların 14 illik hakimiyyətinin başa çatması deməkdir. Leyboristlərin lideri Kir Starmer yeni baş nazir olacaq.
“Biz bunu etdik. Dəyişikliklər indi başlayır. Biz xaosa son verəcəyimizi dedik və edəcəyik. Yeni səhifə açacağıq dedik və etdik. Bu gün növbəti fəsilə, dəyişiklik gətirəcək işə başlayırıq. Biz milli yenilənmə və ölkəmizi yenidən qurmaq missiyasına başlayırıq”, - deyə Starmer qələbədən sonra bildirib.
Artıq demək olar ki, bütün seçki dairələrində səslərin hesablanması başa çatıb. İlkin nəticələrə görə, “Liberal Demokratlar” 71 , Şotlandiya Milli Partiyası 9 , İrlandiya Respublikaçılar Partiyası 7, digər partiyalar isə 28 yer qazanıb.
Rişi Sunak növbədənkənar parlament seçkilərinin təyin edilməsi barədə qərarını ay yarım əvvəl verib.
Son illərdə aparılan sorğular iqtidar partiyasının parlamentdə çoxluğa malik olmasına baxmayaraq, iqtisadi vəziyyətin pisləşməsini və həyat səviyyəsinin aşağı düşməsini əsas gətirərək reytinq baxımından müxalifətdən geri qaldığını göstərirdi. Növbəti parlament seçkiləri 2025-ci ilin yanvarında keçirilməli idi.