Məcburi köçkünləri Abxaziyaya qaytarmaq fikrində deyilik – İnal Ardzinba

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Biz heç kimi heç yerə qaytarmayacağıq. Bunu müzakirə etməyi belə planlaşdırmırıq. Sərhədimizin yaxınlığında bu cür hərəkətlər regionumuzda sülhün və təhlükəsizliyin arxitekturasının möhkəmlənməsinə xidmət etmir”, - sentyabrın 26-da Enquri körpüsündə keçirilən aksiya ilə bağlı işğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri İnal Ardzinba bildirib. Aksiyanın tələblərindən biri də məcburi köçkünlərin Abxaziyaya qayıtması idi.

Enquri körpüsünün yaxınlığındakı Rux kəndində keçirilən mitinqdə Rusiyanın Abxaziyada insanlığa qarşı törətdiyi cinayətləri əks etdirən film nümayiş etdirilib. Aksiyanın təşkilatçıları “Avropa Gürcüstanı”, “Tabula”, “Abxaziya Assambleyası”, “Seçici Təhsil Cəmiyyəti” və “Azadlıq İnstitutu” olub.

Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində Ardzinba bildirib ki, Gürcüstan vətəndaş fəallarından ibarət bu qrupa ABŞ səfirliyi və USAİD nəzarət edir.

İşğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri Gürcüstan hakimiyyətini gücdən istifadə etməmək haqqında sazişi imzalamağa çağırıb.

“Gürcüstanla güc tətbiq etməmək haqqında saziş imzalamadan hesab edirik ki, Gürcüstanla müharibə ehtimalı yüksəkdir. Biz əminik ki, Gürcüstan növbəti dəfə güc tətbiq etməmək sazişini imzalamayacaq. Bu, Abxaziya tərəfi üçün təsdiqdir ki, Gürcüstan hadisələrin inkişafının müxtəlif ssenarilərinə hazırlaşır. Biz görürük ki, Gürcüstan hərbi potensialını artırmaq üçün necə işləyir, NATO nümayəndələri ilə işləyir, təlimlər keçirir, hərbi texnika alır. Düşünürəm ki, sülhə hazırlaşan ölkə belə hərəkət etməz.

Oktyabrın əvvəlində, yeqin ki ayın 5-6-sı, Cenevrədə müzakirələrin növbəti mərhələsi planlaşdırılır. Bu, Gürcüstanla güc tətbiq etməmək haqqında saziş bağlamaq üçün əla fürsətdir. Əgər Gürcüstan sülhə meyllidirsə, o zaman bu müqaviləni imzalayacaq, yoxsa - bu o deməkdir ki, bu müqaviləni imzalamayacaq. Rəsmi olaraq deyə bilərəm ki, biz bu müqaviləni imzalamağa hazırıq”, - deyə Ardzinba bildirib.

Gürcüstanda mərkəzi hökumətin nəzarətində olan ərazidə Abxaziyadan olan 270 mindən çox məcburi köçkün yaşayır. Məcburi köçkünlərin Abxaziyaya qaytarılması məsələsi Cenevrə danışıqlarının gündəminə daxildir.

2022-ci ilin iyununda BMT Baş Assambleyası Abxaziya və Tsxinvalinin işğal olunmuş rayonlarından məcburi köçkünlərin geri qayıtmaq hüququnu təsdiq edən qətnamə qəbul edib.

Qətnamədə Rusiyanın Gürcüstanın işğal olunmuş rayonlarında güc tətbiq etməklə törətdiyi demoqrafik dəyişikliklər pislənir, məcburi köçkünlərin etnik mənsubiyyətindən asılı olmayaraq ləyaqətlə və təhlükəsiz şəkildə evlərinə qayıtmaq hüququ təsdiqlənir. Sənəddə məcburi köçkünlərin mülkiyyət hüquqlarının qorunması və onlara hörmət edilməsinin zəruriliyi də qeyd olunur.

Sentyabrın 27-də Suxuminin süqutundan 29 il ötdü. Abxaziyada müharibə 1992-ci il avqustun 14-də başlayıb və 13 ay 13 gün davam edib. Hərbi qarşıdurmada 10 mindən çox insan həlak olub, 350 min nəfər isə məcburi köçkün vəziyyətinə düşüb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur