Tbilisi şəhər məhkəməsi “Formula” telekanalının jurnalisti və xəbər aparıcısı Eliso Jariaşvilinin azyaşlı uşağının işi üzrə müdafiə qərarı çıxarıb. Qərar zorakılığa çağırış videoçarxında uşağın görüntülərini kontekstdən kənar istifadə edərək sosial şəbəkələrdə yayan zorakı, rusiyapərəst və homofob “Alt-İnfo” qrupunun fəallarından olan Xatiya Canaşiyaya qarşı çıxarılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmə qapalı keçirilib. Qərarı hakim Natia Buskadze elan edib. Uşağın maraqlarını təmsil edən vəkillər bildirirlər ki, qoruma qərarı müttəhimə uşağın şəklini istifadə etməyi, onun adını çəkməyi və ya nifrət və ya zorakılığa sövq edərsə, uşaq haqqında şəxsiyyəti müəyyənləşdirən hər hansı məlumatı yaymağı qadağan edir. Qoruma qərarının pozulması cinayət məsuliyyətinə səbəb olur.
“Əvvəla, məhkəmə zorakı qrupunun nümayəndələrindən birinin uşağın hüquqlarını pozduğunu və uşaq istismarçısı olduğunu bildirib. Bununla da məhkəmə uşağa qarşı zorakılıq riskinin kifayət qədər yüksək olduğunu təsdiqləyib, bu barədə Daxili İşlər Nazirliyində xeyli əvvəl məlumat var idi.
Nazirlik bilərəkdən yanlış məlumatlar yaydı ki, guya uşağın anası və ya vəkilləri sistemlə əməkdaşlıq etmir. Biz onlara bir neçə dəfə müraciət etdik, həbs qətimkan tədbiri istədik, lakin nazirlik nümayişkaranə şəkildə uşağın hüquqlarını qorumaqdan imtina etdi”, - “İnsan Haqları Naminə Tərəfdaşlıq” qeyri-hökumət təşkilatının hüquqşünası Ana Tavxelidze bildirib.
Hüquq müdafiəçiləri məhkəmənin bu qərarının bənzəri görünməmiş əhəmiyyət kəsb etdiyini və bütün uşaqları zorakı qrupların onların şəklindən zorakılığa təşviq üçün istifadədən qoruyacağını izah edirlər.
"Bu, həqiqətən də bənzəri görünməmiş qərardır ki, məhkəmə hələ heç vaxt uşaqların şəkillərindən istifadə edərək və ya onların adını çəkərək zorakılığa çağıran üçüncü şəxslərə qarşı müdafiə qərarı çıxarmayıb", - vəkil Tamuna Qabodze qeyd edib.
Homofobik və zorakı qrupların fəalı Xatia Canaşia iyulun əvvəlində, “Prayd Festivalı”na günlər qala sosial şəbəkələrdə insanları festivala və LGBTQ insanlara qarşı səfərbər etmək, mütəşəkkil zorakılığı təşviq etmək məqsədi daşıyan videoçarx dərc edib. 4 il əvvəl çəkilən və uşağın 7 yaşında olduğu videoda Eliso Jariaşvilinin oğlunun görüntülərindən də istifadə olunub. Videodan iyulun 7-də xəbər tutan valideyn həmin gün Daxili İşlər Nazirliyindən cavab tələb etsə də, Daxili İşlər Nazirliyi qabaqlayıcı qərar verməyib. Xatia Canaşiya videonu silməyib və növbəti bir neçə gün ərzində müxtəlif səhifələr və hesablar vasitəsilə sosial şəbəkələrdə paylaşıb.
Sübut olundu ki, Daxili İşlər Nazirliyi “Formula” teleşirkətini təmsil etdiyim və tənqidçi jurnalist olduğum üçün uşağı müdafiə etməkdən nümayişkaranə şəkildə imtina edib”, - Eliso Jariaşvili bildirib.
Jurnalist və uşaq hüquqları müdafiəçiləri Daxili İşlər Nazirliyinin fəaliyyətsizliyi ilə bağlı məsələni davam etdirəcəklər.