Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Buaçidze “Georgian Manganese” MMC şirkətinin 2017-ci ildən təyin edilmiş xüsusi idarəetmə rejimini 2 il müddətinə uzadıb. Məhkəmə xüsusi inzibatçı kimi Besik Kirtadzeni təyin edib. Yeni idarəşinin təcrübəsi ilə bağlı heç bir məlumata rastlanılmır. Onun namizədliyini məhkəməyə əvvəlki xüsusi idarəçi Nikoloz Çikovani təqdim edib və bu, iqtisadiyyat və ətraf mühitin mühafizəsi nazirlikləri tərəfindən də qəbul edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmənin qərarında deyilir ki, bu günün şərtlərində 2017-ci ildə “Georgian Manganese” MMC-yə xüsusi inzibatçı rejiminin təyin edilməsini zəruri edən hallar yenə mövcuddur. O cümlədən, tədbirlər planının iki bəndi həyata keçirilməlidir - belə ki, yeni manqan lil emalı zavodu tikilməli və lisenziya sahəsi üzrə ehtiyatlar hesablanmalıdır.
Məhkəmə onu da qeyd edir ki, xüsusi idarəçi fəaliyyət planı təqdim edib, burada problemlərdən biri kooperativ mədən işinin tənzimlənməsidir. Bu hissədə şirkət Çiaturanın kəndlərində açıq qazma üsulu ilə manqan çıxarılmasını nəzərdə tutur ki, bunun nəticəsində 10-dan çox kənd viran qoyulub. Plana görə, kooperativlərin emal edəcəyi obyektlərin həcmi kifayət qədər böyük olduğundan (1800 konturdan çox) onların fəaliyyətinə nəzarət həm şirkət, həm də dövlət üçün problem yaradır.
Məhkəmənin qərarına əsasən, şirkət xüsusi idarəetmə rejimi (6 il) üzrə öhdəliklərin yerinə yetirilməməsini “qlobal Covid pandemiyası, Rusiya-Ukrayna müharibəsi və digər yerli və ya qlobal obyektiv hallarla” izah edir.
“Georgian Manganese”nin Çiatura və Saçxeredə 16 430 hektar filiz hasilatı lisenziyası var və lisenziyanın müddəti 2047-ci ildə bitir.
Şirkətin 100%-nin sahibi Lüksemburq Böyük Hersoqluğunda qeydiyyatdan keçmiş “Georgian American Eloise” MMC-dir.
2013-2017-ci illərdə “Georgian Manganese” ətraf mühitə dəymiş ziyana görə 416 milyon lari cərimələnib. Bu bəhanə ilə 2017-ci ildə dövlət şirkətə üç il müddətinə xüsusi idarəçi- “Gürcü Arzusu”na yaxınlığı ilə bilinən, keçmişdə maliyyə cinayətlərinə görə axtarışda olan Nikoloz Çikovani təqdim edib. Çikovaninin təyinatından sonra şirkətin cəriməsi, demək olar ki, yarım milyard lari qədər azaldılıb.
Xüsusi idarəçiyə 14 şərti yerinə yetirmək həvalə edilmişdi ki, bunlardan ən vaciblərindən biri açıq qazıntı ərazisinin meliorasiyası idi. Üç il müddətinə təyin edilən menecerin səlahiyyət müddəti 2020-ci ildə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ikinci dəfə uzadılıb.
“İndi xüsusi idarəetmə rejimi üçüncü dəfə uzadılanda məhkəmə qərarında əsas diqqəti iki öhdəliyin yerinə yetirilməməsinə yönəldir, sanki 14 şərtdən bütün digər öhdəliklər yerinə yetirilib. Qərarda əsas öhdəliklərdən biri olan zənginləşdirmə zavodu haqqında heç bir söz yoxdur. Yeni zavod tikilməli və köhnə zənginləşdirmə zavodlarını əvəz etməli idi. Bu zavod xüsusi idarəçi təyin olunana qədər alınıb, onun dövründə quraşdırılıb, amma istifadəyə verilməyib. 6 ildən sonra Çikovani bir həll tapdı və yeni zavodu anlaşılmaz öhdəliklərlə başqa bir müəssisəyə verdi.
Məhkəmə xüsusi idarəçinin aylıq hesablarını alır və heç bir problem və yoxlama olmadan təsdiqləyir.
Nə Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi, nə də Mineral Ehtiyatlar Agentliyi müəssisədə yoxlama aparmır. İki ən böyük dövlət qurumunun funksiyasını xüsusi idarəçi özü yerinə yetirir - o, müəssisənin adından bizneslə məşğul olur və öz fəaliyyətinə nəzarəti təmin edir, məhkəmə də bununla razılaşır”, -
Ətraf mühitin qorunması üzrə təşkilat “Yaşıl Alternativ”in icraçı direktoru Nino Qucaraidzenin sözlərinə görə, “Georgian Manganese”də xüsusi idarəetmənin altı illik təcrübəsi göstərdi ki, xüsusi idarəçi mexanizmindən yalnız şirkətin qeyri-qanuni fəaliyyətlə məşğul olması üçün istifadə olunub.
“Təəssüf ki, bu rejim daha 2 il uzadıldı. 6 ildən sonra Nikoloz Çikovani məsuliyyəti götürdü və haradan gəldiyi naməlum olan, qeyri müəyyən kompetensiyalı başqa bir şəxsə verdi. Onun haqqında tamamilə heç nə bilmirik, “Google”nin axtarış sistemində tapılmayan, heç bir təcrübə məlumatı olmayan bir şəxs. Çikovani əslində bizə bir varis qoydu”, Nino Qucaraidze deyir.
“Gürcüstan Xəbərləri” xüsusi idarəetmə rejiminin davam etdirilməsini və Besik Kirtadzenin xüsusi idarəçi təyin edilməsini nə üçün dəstəklədiklərini öyrənmək üçün Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bizə heç bir məlumat daxil olmayıb.
“Georgian Manganese” Gürcüstanın ən böyük mədənçisi, yüz milyonlarla dövriyyəsi və 96 milyon illik gəliri ilə ən zəngin şirkətidir. Onun fəaliyyət göstərdiyi bölgə isə ölkənin ən yoxsul bölgələrindən biridir. Çiatura Bələdiyyəsində hər üçüncü şəxs sosial cəhətdən həssasdır və yaşayış üçün müavinət alır.