Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti (EEAS) dünyada insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı illik hesabatını dərc edib. Hesabatda Gürcüstanın 2022-ci ildəki tərəqqi və çətinlikləri də qiymətləndirilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sənəddə bildirilir ki, Gürcüstan beynəlxalq və Avropa standartlarına uyğun olan və müvafiq qanunvericiliyə əsaslanan möhkəm insan hüquqları sisteminə malikdir.
“2022-ci ildə seçki sistemi və dövlət idarəçiliyi islahatları, gender bərabərliyi, uşaq hüquqları və məhdud fiziki imkanlı şəxsələrin hüquqları baxımından irəliləyiş əldə olunub. Məhkəmə islahatları, korrupsiyaya qarşı mübarizə, dövlət institutlarının müstəqilliyinin gücləndirilməsi sahəsində əlavə səylərə hələ də ehtiyac var”, - hesabatda deyilir.
Avropa İttifaqının qiymətləndirməsinə görə, Gürcüstanın özünü müstəqil elan etmiş regionlarında - Abxaziya və Cənubi Osetiyada insan hüquqlarının müdafiəsi baxımından vəziyyət hələ də narahatedicidir.
Aİ-nin fəaliyyətlərinin icmalında deyilir ki, “2022-ci ildə Aİ məhkəmə sisteminin müstəqilliyinin və hesabatlılığının gücləndirilməsinə, bərabərsizliyin azaldılmasına, ayrı-seçkiliyə qarşı mübarizənin dəstəklənməsinə və vətəndaş cəmiyyətinin öz vətəndaş hüquqlarını təşviq etmək və qorumaq üçün səlahiyyətlərinin artırılmasına diqqət yetirmişdir”. Həmçinin, Avropa İttifaqı uşaqların və məhdud fiziki imkanlı şəxsələrin hüquqlarının həyata keçirilməsinə, gender bərabərliyinin təşviqinə, gender və ailə zorakılığına qarşı mübarizəyə və LGBTQ+ icmasının hüquqlarının müdafiəsinə töhfə vermişdir.
İllik hesabat Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin hesabatıdır. Orada, Avropa İttifaqının bütün dünyada insan hüquqlarının və demokratiyanın qorunması sahəsində fəaliyyətini nəzərdən keçirilir.