Kutaisi Apellyasiya Məhkəməsinin İstintaq Kollegiyasının hakimi Malxaz Okropiraşvili “Pirveli” teleşirkətinin jurnalisti Nato Qoqeliaya hücumda təqsirləndirilən rusiyayönümlü “Alt-İnfo” partiyasının üzvü Mamuka (Mamia) Andğuladzenin azadlıqdan məhrum edilmə tədbirini 3 min lari girov ilə əvəzləyib və zaldan azad edib. Apellyasiya Məhkəməsinin sözügedən qərarı qətidir və şikayət oluna bilməz.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan Xəbərləri” Kutaisi Apellyasiya Məhkəməsinə müraciət edərək, hakim Okropiraşvilinin rayon məhkəməsinin qərarını hansı arqumentlərlə dəyişdirdiyinə dair izahat istəyib. Biz bu gün Kutaisi Apellyasiya Məhkəməsinin müstəqil və tənqi jurnalistlərə qarşı zorakılığı təşviq edən qərarı ilə bağlı ictimai açıqlama gözləyirik.
“Jurnalist Nato Qoqelia mənə ailəmdə təxribat hazırladı. Ədalət zəfər çaldı və mən Qoqelianın zorakılıq, şantaj və ailəni təhqir etməkdə təqsirli bilinməsi üçün işi mütləq sonadək aparacağam”, - təqsirləndirilən Andquladze məhkəmədən sonra deyib.
Xüsusi İstintaq Xidməti Mamuka Andğuladzeni martın 17-də saxlayıb və onu Cinayət Məcəlləsinin 154-cü maddəsinin ikinci hissəsi, 126-cı maddəsinin birinci hissəsi və 187-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş jurnalistin peşə fəaliyyətinə zorakılıq hədəsi ilə qanunsuz maneə olmaq , döymək və ya digər növ zorakılıq, başqasının əmlakını zədələmək və ya məhv etmək cinayyətlərini törətməkdə ittiham edir. Cinayətlərə görə maksimum cəza 2 il azadlıqdan məhrum edilmədir.
İstintaq müəyyən edib ki, 2023-cü il martın 15-də Baxvi kəndində jurnalist Nato Qoqelia rusiyayönümlü “Alt-İnfo” partiyasının nümayəndəsi tərəfindən hücuma məruz qalıb. O jurnalistə fiziki təzyiq göstərib və onun mobil telefonunu sındırıb.
Rayon məhkəməsinin hökmü ilə Mamuka Andğuladze barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti ilə Kutaisi Apellyasiya Məhkəməsinə müraciət ediblər. Andğuladzenin partiyadaşlarının sözlərinə görə, təqsirləndirilən şəxsin səhhətində problemlər var və ailə üzvlərini tək dolandırır.
Mamuka Andğuladze martın 14-də Tbilisidə “Alt-İnfo”nun parlamentin qarşısında təşkil etdiyi aksiyada iştirak edib və binadan Aİ bayrağını söküb.
Dünən, martın 20-də Media vəkilliyi Koalisiyası Xüsusi İstintaq Xidmətini jurnalist Nato Qoqelia və onun azyaşlı uşaqlarının fiziki təhlükəsizliyinin təmin edilməsi daxil olmaqla, xüsusi mühafizə tədbirlərindən istifadə etməyə çağırıb. Bu vəsatətlə Nato Qoqelianın vəkili, “Media Ombudsmanı” təşkilatının nümayəndəsi Natia Kapanadze dünən və bu gün iki dəfə Xüsusi İstintaq Xidmətinə müraciət edib.
“Jurnalistə və övladlarına qarşı təhdidlər davam edir. Onların “Alt-İnfo” ilə əlaqəli olması ehtimalı yüksəkdir”, - Vəkil Natia Kapanadze “Gürcüstan Xəbərləri”nə bildirib.
Buna baxmayaraq, Xüsusi İstintaq Xidmətinin nümayəndəsi Ani Tsiklauri bizi inandırmağa çalışır ki, nə Nato Qoqelia, nə də onun vəkili zərərçəkmiş üçün xüsusi mühafizə tədbirlərinin tətbiqi ilə bağlı müraciət etməyib. Natia Kapanadzenin əlində bu xahişlə həqiqətən də iki dəfə istintaq xidmətinə müraciət etdiyi barədə elektron poçtda sübut var.
“Mən vəkildən öyrənmişəm ki, o, təhlükəni təsdiqləyən əlavə sübutlar təqdim edib, lakin Xüsusi İstintaq Xidməti heç maraqlanmayıb. Heç bir reaksiya vermədilər. “Alt-İnfo” üzvlərinə Batumi Şəhər Şurasının əməkdaşı olan “Gürcü Arzusu”nun nümayəndələri də qoşulub, hədə-qorxu gəlmək məqsədilə məni şantaj etmək kampaniyası gedir. Kutaisi Apellyasiya Məhkəməsinin verdiyi bu qərar - cəzasızlıq jurnalistlərə qarşı zorakılığı daha da təşviq edəcək”, - Nato Qoqelia deyir.