Məhkəmə “Tik-Tok” və “Facebook”da Kaladzeni və polisi təhqir edən vətəndaşları cərimələyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisi şəhər və Kutaisi Apellyasiya Məhkəmələri “Tik-Tok” və “Facebook”da polis əməkdaşlarını söydüyünə görə iki vətəndaşı cərimələyib. Onlardan birinə 2000 lari, digərinə isə 2500 lari cərimə kəsilib. Məhkəmələr hər iki qətnaməni bu ilin martında qəbul ediblər.

İrakli Miladze kuryer işləyir və mopedlə şəhərdə hərəkət edir. 2022-ci il dekabrın 10-da o, Tik-Tok sosial şəbəkəsində Tbilisinin nəqliyyat siyasətinə kəskin etirazını bildirən və Tbilisi meri Kaxa Kaladzeyə müraciət etdiyi videonu yayımladı. O, ictimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqda (bas xətti deyilən) hərəkət edən insanları tənqid edib, burada vəzifəsindən asılı olmayaraq hər hansı bir şəxsin hərəkət etməsi qadağandır. O, vətəndaşları seçmə qaydada cərimələyən, qanun pozuntularına görə dövlət qurumlarının əməkdaşları və onlara yaxın şəxslərdən cavab tələb etməyən polisləri də söyüb.

“Polis videonu yayımladıqdan 2 gün sonra məni saxladı. Məndən soruşdular ki, kimi söymüsən? Döyməyə başladılar. Maşında dörd polis var idi, hamısı məni vururdu. Məni söyüb deyirdilər ki, onların ailə üzvlərini təhqir etdiyimi heç kim bağışlamayacaq. Döyülmüş formada polis bölməsinə apardılar, sonra təcridxanaya saldılar. Prosesdə polis dedi ki, müqavimət göstərmişəm”, - İrakli Miladze deyir.

Məhkəmə “Tik-Tok”u İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsi ilə müəyyən edilmiş ictimai məkan və yer hesab edib. Hakimin sözlərinə görə, sosial şəbəkə cəmiyyətin böyük bir hissəsi üçün əlçatandır, insanların toplaşdığı yerə aiddir və bu platformada məlumat yerləşdirən istənilən şəxs cəmiyyətin qəbul etdiyi etika və əxlaq normalarına əməl etməyə borcludur. Yayımlanan videonun məzmunu söz və ifadə azadlığı çərçivəsindən kənara çıxıb.

Məhkəmə 173-cü maddənin birinci hissəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə vətəndaş İrakli Miladzeni inzibati xəta törətmiş şəxs kimi tanıyıb, hansı ki, hüquq-mühafizə orqanının əməkdaşının xidməti vəzifələrini yerinə yetirərkən qanuni əmrinə və ya tələbinə tabe olmamağı və ya bu şəxsi şifahi təhqir etmək və/və ya ona qarşı digər təhqiredici hərəkətlər etməyi nəzərdə tutur.

“Bu video sosial şəbəkədə konkret polis əməkdaşı tərəfindən görülüb və o, bunu təhqir kimi qəbul edib və bunun ardınca müvafiq nəticələr verilib - qanunu pozan şəxsə qarşı qanun pozuntusuna görə protokol tərtib edilməsi”, - məhkəmə izahat verdi.

İkinci qərara gəlincə, Kutaisi Apellyasiya Məhkəməsi martın 23-də Batumi Şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb, hansı ki, şəxsi “Facebook” səhifəsində dərc olunan yazıya görə vətəndaş eyni maddə ilə qanun pozan kimi tanınıb və 2500 lari cərimə olunub.

İş materiallarına görə, həmin şəxs şəxsi “Facebook” səhifəsində yazı dərc edərək polis əməkdaşlarını şərəf və ləyaqətini alçaldan nalayiq sözlərlə təhqir edib.

Kutaisi Apellyasiya Məhkəməsi qeyd edib ki, “Sosial şəbəkə, o cümlədən Facebook ictimai toplaşma yeridir və istənilən şəxs cəmiyyət tərəfindən qəbul edilmiş etika və əxlaq normalarına əməl etməyə borcludur. İctimai asayişə gəlincə, Apellyasiya Məhkəməsi qeyd edir ki, bu, cəmiyyət üzvləri arasında bu cəmiyyətin əmin-amanlığını təmin edən və vətəndaşların kütləvi toplaşdıqları yerdə ləyaqətli davranışında ifadə olunan münasibətlər məcmusudur”. 

Məhkəmənin qiymətləndirilməsilə, “İctimai ünsiyyət və toplaşmaq üçün (yeganə olmasa da) və ən rahat yerlərdən biri sosial şəbəkədir və ictimaiyyətin xırda xuliqanlıq faktının şahidi olması üçün bu faktın fiziki şahidi olmaq qətiyyən zəruri deyil, halbuki qanunda nəzərdə tutulmuş pozuntunun bütün əlamətləri şəxsin sosial şəbəkədə törətdiyi əməldə təzahür edir”.

İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində sözün əsl mənasında göstərilir ki, pozuntu hüquq mühafizə orqanının əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən törədilməlidir. Kutaisi Apellyasiya Məhkəməsi bu məsələ ilə bağlı belə bir təcrübə müəyyən edib: “Hüquq-mühafizə orqanı əməkdaşının xidməti borcunu yerinə yetirmə vaxtı təkcə onun pozuntu, cinayət və ya digər hüquqazidd xarakterli faktı aşkar etdiyi və iş üzrə müxtəlif prosessual hərəkətləri yerindəcə yerinə yetirdiyi dövrlə məhdudlaşmır, həmçinin bu müddətə inzibati xəta haqqında və (və ya) cinayət təqibi üzrə sonrakı prosedurların həyata keçirilmə vaxtı, hüquq mühafizə orqanı əməkdaşının konkret iş üzrə icraatla bağlı hər hansı hərəkəti, xidməti statusu da daxildir. Xidməti vəzifənin icrası dedikdə, səlahiyyətinə aid edilmiş bir mövzuda öz səlahiyyətləri daxilində hər hansı fəaliyyət növü başa düşülür. Müvafiq olaraq, polis əməkdaşını təhqir etmə norması təkcə cinayətin törədildiyi/aşkar edildiyi və ya hər hansı prosessual hərəkətin görüldüyü yerdə baş verən qanunsuz davranışı nəzərdə tutmur”. Belə ki, bu zaman polisin təhqir olunmasının vaxtı və şəraiti hərəkətin kvalifikasiyası üçün önəmli deyil.

Gənc Hüquqşünaslar Assosiasiyasının fikrincə, məhkəmənin çıxardığı qərarlar söz və ifadə azadlığının mövcud standartlarına zidd olan təhlükəli presedentdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur