Tbilisi şəhər məhkəməsi Pankisi Vadisinin Omalo kəndi sakini 44 yaşlı Tsiskara Toxoşaşvilini “İslam Dövləti” (İŞİD) terror təşkilatına qoşulmaqda və terror fəaliyyətinə yardım etməkdə təqsirli bilib və 12 il müddətinə azadlıqdan məhrum edilib. İş məxfi olduğu üçün məhkəmə iclasları mediaya qapalı keçirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluğun məlumatına görə, Tsiskara Toxoşaşvili “İslam Dövləti”nə qoşulub və Suriya ərazisində silahlı iğtişaşlarda fəal iştirak edib. O, “İŞİD”ə dəstək üçün terror fəaliyyətini təbliğ edib.
Təqsirləndirilən şəxs 2022-ci il dekabrın 7-də Tbilisi beynəlxalq hava limanında həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin 328-ci (xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım etmə) maddəsi ilə təqsirli bilinib.
Tsiskara Toxoşaşvili “İslam Dövləti”ndə “Əmir İsa” kimi tanınırdı. O, terror təşkilatına 2015-ci ildə qoşulub. O zaman onun kiçik qardaşı, “Əmir Əl Bara Əl Şişan” kimi tanınan Sezar Toxoşaşvili artıq “İslam Dövləti”ndə nüfuzlu şəxs hesab olunurdu. Sezar Toxoşaşvili “İslam Dövləti”nin liderlərindən biri olan “Əbu Ömər Əl Şişan” kimi tanınan Pankisili Tarxan Batiraşvili ilə yaxın münasibətdə olub.
2016-cı ildən, İŞİD-in süqutundan sonra Sezar və Tsiskara Toxosaşvili Suriyadan Türkiyəyə köçüblər, bundan sonra Sezar Toxoşvilinin həyat yoldaşı və 4 övladı ilə birlikdə bombardmanda həlak olması xəbəri yayılıb, lakin bu, təsdiqini tapmayıb.
2019-cu ildə Ukraynanın Kiyev şəhərində həbs edilib, 2020-ci ildə isə Gürcüstana ekstradisiya edilib. Sezar Toxosaşvili 10 il müddətinə azadlıqdan məhrum edilib.
Pankisi icma radiosunun məlumatına görə, 2012-2019-cu illərdə Suriyada gedən döyüşlərdə 34 pankisili həlak olub.