Tbilisi Şəhər Məhkəməsi ABŞ-dan Gürcüstana bağlamalar daşıyan “USA2GEORGIA” şirkətinə istehlakçıların xeyrinə müvəqqəti qadağa təyin edib. İstifadəçi bağlamanın Gürcüstan anbarında saxlama xərclərini ödəməsə və bağlamanı 30 gün ərzində götürməsə, o zaman avtomatik olaraq onun mülkiyyət hüququnu itirməyəcək. Şirkətə bağlamada olan məhsulları özgəninkiləşdirmək və ya onu öz mülkiyyətində saxlamaq qadağan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Milli Konkurensiya Agentliyi dekabr ayında “USA2GEORGIA” tərəfindən istehlakçı hüquqlarının mümkün pozuntularını araşdırmağa başlayıb. İstifadəçilərin ərizələrinə əsasən, daşıma şirkəti xəbərdarlıq etmədən və onlara məlumat vermədən çəki hesablama üsulunu dəyişərək faktiki çəki əvəzinə həcm çəkisi ilə hesablama düsturundan istifadə etmişdir ki, bu da dəyəri kəskin şəkildə artırmışdır, bundan əlavə, “USA2GEORGIA” internet mağazalar tərəfindən Amerika Birləşmiş Ştatlarına çatdırılan malları vebsaytda gec göstərib, nəticədə istifadəçilərin yenidən qablaşdırma xidmətindən istifadə hüququ məhdudlaşdırılıb.
Yanvarın 16-na kimi “USA2GEORGIA”ya qarşı 107 ərizə Milli Konkurensiya Agentliyinə təqdim edilib və 58 iş isə araşdırılır. Agentlik yekun qərarı yanvarın sonunda yayımlamağı planlaşdırır. Məhkəmənin müvəqqəti qoyduğu qadağa yekun qərarın qəbuluna qədər qüvvədə qalacaq.
500.000-ə qədər müştəriyə xidmət göstərən “USA2GEORGIA” izah edir ki, 24 noyabr 2022-ci il tarixindən etibarən daşımaların dəyərinin hesablanması metodu dəyişdirilərək beynəlxalq standarta qaytarılıb. Belə ki, bağlamanın daşınma dəyəri faktiki çəki ilə deyil, həcm çəkisi ilə hesablanır (uzunluq * en * hündürlük / 6000 sm).
Şirkətdən verilən məlumata görə, bağlamanın həcm çəkisi faktiki çəkisindən çox olarsa, daşınma dəyəri həcm çəkisi əsasında hesablanır. Bundan əlavə, “USA2GEORGIA” yenidən qablaşdırma (bağlamanın ölçüsünün kiçildilməsi) xidmətini geri gətirib. “Çəkisi 10 kq-a qədər olan bağlamanın təkrar qablaşdırma xidməti hər bir bağlama üçün 2 ABŞ dolları, həcm çəkisi 10 kq-dan çox olan bağlamaların təkrar qablaşdırılması isə 10 ABŞ dolları təşkil edir”,- bildirir şirkət.