Torpaq sahələrindəki dənli bitkiləri, o cümlədən biçin sonrası zəmidə qalan kövşəni yandırmağa görə fiziki şəxslər hektara görə 1000 lari, hüquqi şəxslər isə 2000 lari məbləğində cərimə olunacaqlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hökumətin təşəbbüsü ilə dəyişiklik İnzibati Xətalar Məcəlləsinə daxil ediləcək və onun məqsədi məhsul yığımından sonra kənd təsərrüfatı sahələrində yanğınları aradan qaldırılmaq və çəkindirici effekt yaratmaqdır.
“Hökumətin müzakirə etdiyi məsələ hər ilin payızında, əsasən də Kaxeti bölgəsində müşahidə etdiyimiz problemlərdən biridir. Fermerlərin əkin sahələrini yandırması acı bir təcrübədir ki, bu da torpağa böyük ziyan vurur və biz bu yanğının yayılması baxımından çox böyük problemlərlə üzləşə bilirik.
İndiyə qədər bizdə buna qarşı effektiv mexanizm yox idi. Bu gün hökumət parlamentə təqdim olunacaq İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini bəyənib. Sözügedən dəyişikliyə əsasən torpaq sahiblərinə və ya istifadəçilərinə, qeyd olunan halı törətmiş şəxslərə qarşı kifayət qədər sərt sanksiya tətbiq olunacaq”, - deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqiya bildirib.
Qanun pozuntusuna nəzərəti Ətraf Mühitin Qorunmasına Nəzarət Departamenti edəcək. Onların məlumatın görə, bəzi fermerlərin məsuliyyətsiz hərəkətləri, yəni kənd təsərrüfatı qalıqlarının yandırılması nəticəsində baş vermiş yanğın, onlarla hektar əkin sahəsinin yanmmasına, bir neçə onlarla kilometr küləkdən qoruyucu zolaqların məhvinə səbəb olub.
Milli Statistika Xidmətinin göstəricilərinə əsasən, 2022-ci ildə Gürcüstanda 13 273 yanğın hadisəsi qeydə alınıb.