“Xarici agentlər” haqqında rus qanununa qarşı keçirilən nümayişdə qanunsuz saxlanılan mülki fəal Davit Katsarava xüsusi təyinatlılar tərəfindən döyülməsinin təfərrüatlarını xatırlayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Davit Katsaravanın sözlərinə görə, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvləri onu 5 dəfə döyüb, pul, telefon və şəxsi əşyalarını əlindən alıblar.
“Bu işğal xəttində nə edirsən, sənin ananı***, deyə sözdə xüsusi təyinatlı məni söydü . Bu sözlərin ardınca vurmaq, söymək, yumruq və təpik yağışı gəlirdi.
Hərbi çantam xoşlarına gəldi və dərhal cırdılar. Pulu görüb dərhal “qara dəstəli”lərdən biri cibinə atdı. Telefonum saniyəsinə birinin cibində aşkar olundu.
Karabində asılı olan əlcək və avtomobilin açarına heç nə edə bilmədilər, üstümdəki taktiki çantadan da heç nə başa düşmədilər və məndən bir neçə dəqiqəyə əl çəkdilər”, - o yazır.
Katsaravanın sözlərinə görə, əsas hərəkət ikinci, böyük döyülmədən sonra başlayıb, o, artıq 10-12 xüsusi təyinatlı tərəfindən döyülərək mikroavtobusa “atılıb” əlləri arxasına bağlanaraq vəhşicəsinə döyülüb.
“Yarım saat ərzində əllərim arxamda bağlı 3-4 cəllad məni amansızcasına, məqsədyönlü şəkildə başıma, üzümə hədəf alaraq döydülər. Əllərindəki xüsusi, kaset formalı əlcəklərlə üz sümüklərimə peşəkar şəkildə zərbələr endirirdilər.
Maşında üçüncü döyülmə, ümumilikdə beşinci döyülmə ən pisi oldu. Hisslə bu parçalama prosesi sonsuz olaraq davam edirdi. Nəhayət, cəlladın birinin qışqırığını eşitdim – öldürün, anasını s**im onun! Boyunbağının gücünü o zaman hiss etdim – məni boğurdular. Bilmirəm nə qədər müddət tab gətirdim, nə qədər müddət məni boğurdular. Artıq fikirləşirdim ki, məni döyüb öldürəcəklər. Beşinci döyülmə mənim qana bulanmış və parçalanmış üzümün şəkilini öz sifarişçilərinə göndərməklə bitdi”, - Davit Katsarava xatırlayır.
İşğal əleyhinə hərəkatın lideri Davit Katsarava mayın 14-də saxlanılıb. O, Daxili İşlər Nazirliyi nümayişçiləri icazəsiz şəkildə qanunverici orqanın binasına soxulmaq cəhdində ittiham edərək zorla qovan polis və xüsusi təyinatlılara müraciət edirdi.
“40 kilometr aralıda ruslar dayanıb, siz isə rusların müdafiəçisi olmusunuz. Çox gözəl bilirsiniz hansı qanuna imza atıblar”, - Katsarava deyib, bu zaman Daxili İşlər Nazirliyinin maskalı nümayəndələri onu tanıyaraq aparıblar. Katsaravanın yanında dayanan digər nümayişçilərin üzünə çoxlu miqdarda bibər qazı sıxıblar, Katsaravanı saxlanılmasını, daha sonra ona qarşı zorakılıq faktını çəkməyə cəhd edən “İnterpress News”un fotomüxbiri Qiorqi Jameraşviliyə dəyənəklə vurublar.
Davit Katsarava saxlanılana qədər heç bir xəsarət almamışdı. Həmin gün o, təcili tibbi yardım briqadası tərəfindən patrul polis şöbəsindən İnqoroqva klinikasına köçürülüb və orada təcili əməliyyat olunub. Katsarava mayın 20-də klinikadan evə buraxılıb.
Daxili İşlər Nazirliyi Davit Katsaravanın İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq əməllərini nəzərdə tutan 166 və 173-cü maddələrini pozması üzrə ona iddia qaldırıb. Onun vəkili, “İnsan Haqları Mərkəzi”nin hüquqşunası, Eka Kobesaşvili “Gürcüstan Xəbərləri”nə bildirib ki, onlar hələ iş materiallarını təhvil verməyiblər və qanuna zidd olaraq Katsaravadan götürülən əşyaların işdə olub-olmadığını və yoxa çıxıb-çıxmadığını bilmirlər.
Mayın 14-də Xüsusi İstintaq Xidməti Davit Katsaravaya qarşı zorakılıq faktı ilə bağlı Cinayət Məcəlləsinin zorakılıq və ya silahdan istifadə etməklə rəsmi səlahiyyət həddini aşmağı nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsinin “B” bəndi ilə araşdırmalara başlayıb. Cinayət beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi İstintaq Xidməti indiyədək heç kimi saxlamayıb.