Gürcüstanın müdafiə naziri Juanşer Burçuladzenin sözlərinə görə, Şovidə təbii fəlakət zonasında olarkən onda sürüşmə üçün hər hansı ilkin şəraitin olması hissi olmayıb. O, bu barədə jurnalistlərin sualını cavablandırarkən bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mən orada idim. Sürüşmə üçün hər hansı ilkin şəraitin olduğunu görmədik. İstintaq ölkənin faciəsi ilə əlaqəlidirsə, bu gün ölkənin tarixdə yadda qalacaq faciəsinə çevrilibsə, təbii ki, bütün proseslər mümkün qədər obyektiv aparılmalıdır. Bu bir yana. İlkin şəraitlərə gəlincə, şəxsən məndə bu sürüşmə üçün hər hansı ilkin şəraitin olması hissi yox idi”, - deyə Burçuladze Qoridə, baş nazir və digər hökumət üzvləri ilə birlikdə Şindisi Qəhrəmanları Memorialını ziyarətdə bildirib. İrakli Ğaribaşvili Şovi faciəsi ilə bağlı suala cavab verməyib.
Raçada, Şovi kurortunun ərazisində avqustun 3-də baş verən buzlaq qaynaqlı palçıq axını kurortu demək olar ki, tamamilə məhv edib. İndiyədək 21 cəsəd tapılıb, onlardan 19-nun şəxsiyyəti müəyyən edilib. Rəsmi məlumata görə, uşaqlar da daxil olmaqla 12 nəfər itkin düşmüş hesab olunur. Təbii fəlakət yerində xilasetmə əməliyyatı hadisədən 3 saat sonra başlayıb, palçıqda qalan insanlar təcili yardım istəyiblər.
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin iki maddəsi (ehtiyatsızlıqdan insan tələfatı və mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi başlanıb.