Mənim verilişim artıq birinci kanalda yayımlanmayacaq - Dato Qorqiladze 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İctimai Yayımçının birinci kanalı yeni ildən Dato Qorqiladzenin “Qorqiladzenin dözülməz yüngüllüyü” verilişini bağlayır. Qorqiladzenin sözlərinə görə, kanal rəhbərliyi bu qərara səbəb kimi büdcənin restrukturizasiyasını göstərir.

“Qorqiladzenin dözülməz yüngüllüyü” İctimai Yayımçının ən populyar proqramlarından biridir, müsahibələri YouTube-da on minlərlə baxış toplayır. Sonuncu veriliş dekabrın 29-da yayımlanacaq.

Dato Qorqiladze İctimai Yayımçıdan azad edilməsi ilə bağlı əlavə şərh vermir.

Qeyd edək ki, aparıcı “xarici təsir agentləri” haqqında, “Gürcü Arzusu”nun bu ilin martında qəbul etməyə çalışdığı Rusiya qanuna adlanan qanuna qarşı mövqeyini açıq şəkildə bildirib. Martın 6-da Qorqiladze qanun layihəsini dəstəkləyən deputatlar haqqında yazıb:

“Salam verməyin. Cəsarəti olanlarını üzlərinə deyin ki, vicdanı yuyulmuş, alın damarı çatlamış insanlardırlar. Utandırın [çətin olacaq, amma cəhd edin].

Onlarla gürcü süfrəsində bir yerə gəlsəniz, ayağa qalxın və oranı tərk edin. Bu qanunu dəstəkləyən hər kəs buna layiqdir. Onsuz da zaman bunu edəcək, bu qaçılmazdır, amma gəlin buradanca başlayaq”.

İctimai Yayımçının rəhbərliyi Dato Qorqiladzenin proqramının bağlanması ilə bağlı açıqlama verməyib. “Gürcüstan Xəbərləri”nin məlumatına görə, telekanal büdcənin restrukturizasiyası bəhanəsi ilə daha bir neçə verilişi bağlamağı planlaşdırır.

İctimai Yayımçının əsas maliyyə mənbəyi Gürcüstanın dövlət büdcəsidir və büdcə layihəsinə əsasən, 2024-cü ildə o, 110 302 000 lari alacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur