“Georgian Manganese” Çiaturada tətil edən şaxtaçıların maaşlarının artırılması və köhnə iş rejiminə qayıtması istisna olmaqla, tələblərinin bütün bəndləri ilə razılaşıb. Şirkət işçilərə etirazı dayandırmağı, işi bərpa etməyi və iş nəticəsində əldə olunacaq iqtisadi səmərəlilik əsasında öz mükafat və müavinətlərini təyin etməyi təklif edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yüzlərlə şaxtaçı on gün əvvəl, əmək haqqının 40% artırılması və fevralın 1-dən əvvəl mövcud iş qrafikinə/planına qayıtmaq da daxil olmaqla iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil edib. Onlardan 10 nəfəri Çiatura bələdiyyə evinin qarşısında qurulmuş çadırda dördüncü gündürki aclıq aksiyası keçirir. İyunun 7-dən “Georgian Manganese”nin Çiaturadakı bütün obyektlərinin işi dayandırılıb.
Bu gün şirkətlə tətil edən işçilər arasında vasitəçinin iştirakı ilə görüş keçirilib. Görüşdən sonra yayılan bəyanatda “Georgian Manganese” vasitəçilik prosesini davam etdirməyə hazır olduğunu bildirir və əldə olunan nəticə əsasında vasitəçilik sazişi imzalamağa razıdır.
“Şirkət “Georgian Manganese”nin bütün işçilərinə, işə başlamaq istəyənlərə dərhal müəssisələr açıb işçilərin əmək haqqının 100%-lik kompensasiyasına keçirilməsini, işə başlamaq istəməyənlərə isə vasitəçilik prosesi başa çatana qədər, onlar üçün xüsusi iş rejimini avqustun 1-nə qədər uzatmaq və əmək haqqının 60%-ni kompensasiya etmək təklif edir”, - “Georgian Manganese”nin yaydığı bəyanatda deyilir.
Şirkət fevralın 1-dən xüsusi iş rejiminə keçidin və işçilərə yeni iş şəraitinin təklif edilməsinin səbəblərini bir daha açıqlayır:
“Qlobal böhranın yaratdığı problemlərin aradan qaldırılması üçün Çiaturada manqan filizi hasilatı, zənginləşdirilməsi və digər bununla bağlı fəaliyyətlər müvəqqəti dayandırılıb və artıq beşinci aydır ki, 3382 işçiyə əməkhaqqının 60%-i ödənilib ki, bu da ayda 6 milyon laridən artıqdır.
Dünya ferroərintilər bazarındaki böhran fonunda iyunun 5-də şirkət öz fəaliyyətini dayandırmaması və Çiaturanın 3382 əməkdaşının işsiz qalmaması üçün eyni adlı növbəli rejimi ilə işləyən 720 işçiyə dəyişdirilmiş qrafik təklif etdi.
İllərdir ki, eyni adlı növbədə işləyən işçilər istisna olmaqla, 2662 işçi 8 saatlıq iş qrafiki ilə işləyir. Dəyişdirilmiş iş şərti iki növbəli 12 saatlıq iş şəraitindən üç növbəli 8 saatlıq iş şəraitinə keçidi nəzərdə tutur. Ay ərzində işçilərin əmək haqqı, istirahət və iş vaxtı dəyişməz olaraq qalır.
“Georgian Manganese” iddia edir ki, yeni iş qrafikinin məqsədi işçilərə daha yaxşı, bərabər iş şəraiti təklif etmək və əmək səmərəliliyini artırmaqdır.
Çiaturanın manqan mədənləri fevralın 1-dən dayandırılıb. İşçilərin sözlərinə görə, mayın 1-də şirkət onları çağırıb, iş prosesini mərhələli şəkildə bərpa etməyə başladıqda yeni şərtlər irəli sürüb ki, bu da iş planının və qrafikinin dəyişdirilməsi deməkdir. Mədənçilərin fikrincə, yeni planı həyata keçirmək mümkün deyil, yəni faktiki olaraq, onlar, ən azı 20% az qazancaq əldə edəcəklər.
Aclıq aksiyası başlayandan sonra şaxtaçılar aşağıdakı tələbləri irəli sürüblər: maaşların 40% artırılması; 2023-cü il fevralın 1-dək mövcud iş qrafikinin/planının qaytarılması; bank kreditləri üzrə faizlərin hesablanmasının dayandırılması və indiyədək hesablanmış faizlərin ödənişinin, köçürülməsinin təxirə salınması; sığortanın dəyişdirilməsi və şərtlərin yaxşılaşdırılması; məzuniyyət almaq; işçilərə işə başlamaq imkanı vermək; avadanlıqların yenilənməsi, təkmilləşdirilməsi, dəyişdirilməsi; qidanın yaxşılaşdırılması; işçilərə fevralın 1-dən əvvəl olduğu kimi sanatoriyadan istifadə etmək üçün vəsaitin verilməsi; bülletendən istifadə edildikdə onun 100 faiz kompensasiyası; İyunun 7-dən müəssisədə iş prosesinin bərpasına qədər buraxılmış günlərə görə 100% kompensasiya; ən yüksək təhlükəsizlik səviyyəsində nəzarət; MMC-lərin ləğvi və yenidən bir şirkətə birləşdirilməsi; açıq mədən üsulu ilə yeni ərazilərin istismarı zamanı yerli əhalinin rəyinin nəzərə alınması.