Mamuka Şakaraşvili Saqarecoda jurnalistlərə qarşı zorakılıq ittihamı ilə saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Xüsusi istintaq xidməti Saqarecoda jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə və zorakılıq faktları ilə bağlı məhkəmənin qərarı əsasında Təmizlik Xidmətinin əməkdaşı Mamuka Şakaraşvilini saxlayıb.

“Aparılmış istintaq nəticəsində müəyyən edilib ki, 2023-cü il iyulun 6-da “Formula” telekanalının operatoru Sulxan Çkadua Saqarecoda jurnalist fəaliyyəti ilə məşğul olub. Təqsirləndirilən M. Ş. reportaj üzərində işləyərkən jurnalistin peşə fəaliyyətinə mane olmaq məqsədilə ona fiziki təzyiq göstərib. Həmçinin o, “Rustavi 2”-nin jurnalisti Natia Tsilauri və “Mtavari Arxi”-nin jurnalisti İa Quliaşvilinin peşə fəaliyyətlərini həyata keçirməsinə və süjeti qeydə almasına aqressiv şəkildə mane olub”, - istintaq xidməti Mamuka Şakaraşvilinin Saqareco bələdiyyəsinin Meri tərəfindən yaradılmış büdcə təşkilatının əməkdaşı olduğunu açıqlamasında gizlədir. 

Şakaraşviliyə qarşı Cinayət Məcəlləsinin 126 və 154-cü maddələrinin 1-ci hissələri ilə istintaq aparılır ki, bu da ən yüngül cəzanı, yüz iyirmi saatdan yüz səksən saatadək müddətə ictimaiətin xeyrinə əmək, 6 aydan bir ilədək ev dustaqlığı və ya silahla bağlı hüquqları məhdudlaşdırılmaqla və ya məhdudlaşdırılmadan azadlıqdan bir il müddətinə məhrum edilməni nəzərdə tutur.

“Gürcüstan Xəbərləri” istintaq xidmətindən soruşub ki, nə üçün istintaq Cinayət Məcəlləsinin 126 və 154-cü maddələrinin 2-ci hissələri ilə aparılmır, çünki iyulun 6-da Saqarecoda ikidən çox jurnalist öz peşə tapşırıqlarını yerinə yetirərkən qrup halında hücuma məruz qalıblar və bu daha ağır cəzanı nəzərdə tutur. Xidmət buna izah verməyib.

İyulun 6-da müxalif “Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvilinin təqaüdçülərlə görüş planlaşdırdığı Saqarecoda, “Gürcü Arzusu”nun Bələdəiyyə məclisi üzvləri, fəalları və şəhər meriyasının əməkdaşları mütəşəkkil şəkildə toplaşıb. Onlar təkcə “Milli Hərəkat” üzvlərinə deyil, iclası işıqlandırmağa gələn jurnalistlərə də fiziki təzyiq göstərib, daş atıb, kameraları zədələyiblər. Onlar təkcə “İmedi” telejurnalistini təhqir etməyiblər. Polis hadisə yerinə yalnız fiziki qarşıdurma bitdikdən sonra gəlib.

Bu mövzu haqqında:


Tənqidi mediaya qarşı cinayətlər 4 dəfə artıb – “Oçneba”nın təşviq etdiyi zorakılıq

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur