Cəmi altı ay ərzində, jurnalist fəaliyyətinə 40-a yaxın qanunsuz mane olma faktı izlədik. “Gürcü Arzusu”nun fəalları və vəzifəli şəxsləri tənqidi media nümayəndələrinə artıq, birbaşa kameralar qarşısında hücum edir. Hakim partiyanın sədri İrakli Kobaxidze bunu vətəndaş fəallığı adlandırır və cəzasız qalaraq onsuz da həvəsləndirilmiş zorakılığa daha da təkan verir. Mətbuata qarşı törədilmiş cinayətlərin araşdırılması ilə məşğul olmalı olan Xüsusi İstintaq Xidməti bir çox işləri rəfə qoyub. Bu il qeydə alınan cinayətlərdən yalnız ikisi araşdırılıb, o da qismən.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Saqarecoda jurnnalistlərə hücum
“Mən maşından düşdüm və “Mtavari Arxi”nin mikrofonunu görən kimi dərhal aqressiv şəkildə qışqırmağa başladılar. Operatorları nalayiq sözlərlə söyüblər. Onlardan biri mənə tərəf gəldi. Sonra öyrəndim ki, bu, təmizlik xidmətinin əməkdaşı, həmin qeyri-kommersiya şirkətinin rəhbəri Temur İlaurinin kürəkəni Mamuka Şakaraşvilidir. O, mikrofonu qapmaq istədi, lakin bərk-bərk tutmuşdum deyə götürə bilmədi. Onlar tikinti blokunun qırıntılarını xüsusi olaraq gətirmişdilər. Üstümüzə su ilə dolu şüşə butulkalar atırdılar. Evin həyətinə girəndə nisbətən təhlükəsiz olacağımızı düşündük, amma burada çiynimə daş dəydi. Dəhşətli ağrı hiss etdim”, - “Mtavari Arxi”nin bölgə müxbiri İa Quliaşvili iyulun 6-da Saqarecoda baş verən hücum barədə deyir.
“Gürcü Arzusu”nın Bələdiyyə Məclisi üzvləri, fəalları və Meriya əməkdaşları “Milli Hərəkat”ın sədri Levan Xabeişvilinin təqaüdçülərlə görüşünü pozmaq üçün Saqarecoya toplaşıblar. “Oçneba” partiyasının aktivi Xabeişvilini bir neçə gün əvvəl Kaspidə də eyni şəkildə qarşılayıb. Orada da görüşü pozmağa çalışıblar, amma Saqarecoda, müxalifət partiyasının sədrinə və görüşü işıqlandırmağa gələn jurnalistlərə daş atıblar. Sədəcə bircə reportyora etibar ediblər.
“Mən İmediyəm”
“İmedi” teleşirkətinin bölgə jurnalisti Kaxa Kupatadze onun yanına gələrək çəkilişi dayandırmağı tələb edən zorakılardan birinə belə cavab verib:
“Sənə demədim, çəkmə? Niyə çəkirsən?!” - İctimai Yayımçının birinci kanalının yaydığı videomaterialdan görünür ki, zoraki şəxs jurnalistə mane olmağa cəhd edib. “İmedi” adı hallandırıldıqdan və mikrofonu görəndən sonra isə niyyətindən dönərək uzaqlaşıb.
“Gözlənilən zorakılıq polisə əvvəlcədən məlum olub”
“Mtavari Arxi”nin jurnalisti İa Quliaşvili deyir ki, “Gürcü Arzusu”nun səfərbər etdiyi şəxslər media nümayəndələrinin işinə məqsədyönlü şəkildə mane olub, onlara fiziki təzyiqlər ediblər. Zorakılığı əks etdirən görüntüləri çəkə bilməsinlər deyə, operatorların videokameralarını da zədələyiblər.
“Qarşıdurma təxminən 10-15 dəqiqə davam etdi. Zoraki qruplar daş ataraq və döyərək ürəklərini soyutduqdan sonra dayanıblar. Kaxeti Polis İdarəsinin rəisi Temur Kalandadze hadisə yerinə yalnız bundan sonra gəlib”.
İa Quliaşvili ondan polisin o vaxta qədər harada olduğunu soruşub - “Hadisə yerinə müraciət daxil olduqdan 3 dəqiqə sonra gəldik”, - deyə regional polis rəisi cavab verib.
Teymuraz Kalandadzeni Qurcaani, Laqodexi və Axmeta polis bölmələrinin rəisləri müşayiət ediblər. Axmetadan Saqarecoya qədər təxminən 100 kilometr, Laqodexidən isə daha çox məsafədir. Saqareco və Qurcaani polisindən olan müxtəlif şəxslər “Gürcütan Xəbərləri”nə təsdiqləyiblər ki, rəhbər şəxslər Saqarecoya əvvəlcədən toplaşıblar, çünki onlarda gözlənilən zorakılıq barədə məlumat olub. Belə olan haldaş, qanun polisi cinayətin qarşısını almağa borclu qılır, lakin hər şey əksinə oldu.
“Formula”nın jurnalistləri - Qiorqi Kvijinadze və Sulxan Çkaduanın Saqarecoda işləməsinə mane olunub və onlara fiziki təzyiqlər edilib.
Jurnalistlərə qarşı zorakılıq faktları ilə bağlı araşdırmalara başlanılıb. İa Quliaşvilinin sözlərinə görə, o da, operator da dindirilib. Orada zorakılığı əks etdirən video var, cinayətin törədilməsindən 5 gün keçib, istintaq xidməti heç kimi həbs etməyib. “Mtavari Arxi”nin bölgə müxbirinin kiinsə cəzalandırılacağı gözləntisi də yoxdur.
İyulun 6-da Saqareco bələdiyyəsinin Meriya binasında Bələdiyyə Məclisinin əməkdaşları “Mtavari Arxi”nin müxbiri Quqa Maisuradzenində jurnalist fəaliyyətinə mane olublar.
Kaspi - burada da hədəf tənqidi mediadır
Saqareconun ssenarisi iyunun 30-da, Kaspidə baş verən mütəşəkkil zorakılığa bənzəyirdi. Xüsusi olaraq toplaşan dövlət qulluqçuları “Mtavari Arxi”nin yerli müxbiri Qiorqi Axalkatsini Kaspidə də xüsusi aqressivliklə qarşılayıblar. Canlı yayımda “Gürcü Arzusu” fəalları jurnalisti şifahi təhqir ediblər.
İstintaq xidməti jurnalistin quruma müraciət etmək istəyinin olub-olmadığını müəyyən etmək üçün Axalkatsinin özü ilə əlaqə saxlayıb. Axalkatsi hesab edir ki, istintaq orqanı ilə əlaqə saxlamasa da, iyunun 30-da baş vermiş insidentdə cinayət əlamətləri göz qabağındadır:
“Bir il əvvəl rayon polis rəisinin rəhbərliyi ilə Kaspi Bələdiyyə Məclisinin ictimai sessiyasından fiziki güc tətbiq edilərək çıxarıldıq. Daha sonra bu qurum bizi üz-gözlə sorğu-suala tutdu və bizə bildirdilər ki, istintaq hərəkətləri hələ də davam edir. Yaxşı, mən bu xidmətə necə inanım?!”
Qiorqi Axalkatsi əmindir ki, seçkilər yaxınlaşdıqca bölgələrdə mühit daha da çətinləşəcək və jurnalistləri çətin günlər gözləyir.
2023-cü ildə mediaya qarşı cinayətlər - natamam siyahı
Mişa Mşvildadzeyə hücum - iyunun 27-də, Tbilisidə “Formula” televiziya şirkətinin təsisçilərindən birinə hücum olub. Mişa Msvildadze küçədə yeriyirdi. O, döyülüb və yaralanıb. Hücum müşahidə kameralarına düşüb. “Mən onu döydüm, çünki o, kilsəni cinayətkar adlandırır və xaçın zorakılıq simvolu olduğunu deyir. Patriarxı, gürcü millətini söyür, oğlanbazlığı təbliğ edir. Həmçinin Facebook-da məni və dostlarımı söyür. Ona görə də mən heç yerdə gizlənməyəcəm”, – vətəndaş Nikoloz Quqeşaşvili cinayətin ertəsi günü sosial şəbəkədə yazıb. Qeyd edək ki, iyunun 17-də müxalif “Qirçi - Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzeyə hücum edərək ona xəsarət yetirən vətəndaş Soso Maisuradze də cinayəti eyni mətn və formada etiraf edib. Mşvildadzeyə hücumda ittiham olunaraq həbs edilən Quqeşaşvili barəsində həbs qətimkan tədbiri seçilsə də, “Formula” telekanalı cinayətin videogörüntülərinə əsasən hücumun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təşkil edildiyini və onda DTX-nın müstəntiqi Qiorqi Mumladzenin iştirak etdiyini iddia edir. “Formula”nın məlumatına görə, Mumladze Təhlükəsizlik Xidməti rəhbərinin müavini Levan Axobadzenin xaç oğludur. Televiziya şirkəti videomaterialın Mumladzenin Mşvildadzeni izlədiyi görünən hissəsini ictimailəşdirib.
Ölüm təhdidləri - Mayın 24-də “Dağ Xəbərləri” onlayn nəşriyyatının redaktoru Qela Mtivlişvili təhdid ehtiva edən mesajlar alıb - “Bu videonu götür, yoxsa səni yerdən çıxardacağam”. Sənin başını deşməsən... mənim anamı... səni tapıb, başını kəsməsən. Qardaşımın ruhuna, sümüklərinə and olsun, başını kəsməsən. S…-ə deyil, istər başımın üstündə qala tiksinlər, səni bu ölkədən yox edəcəm”. Təhdid, ondan bir gün əvvəl yayımlanan araşdırma filmi ilə bağlıdır. Jurnalist Xüsusi İstintaq Xidmətinə müraciət edib, Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi, yəni zorakılıqla hədələməklə jurnalistin peşə fəaliyyətinə qanunsuz mane olma maddəsi ilə istintaq başlayıb. Müstəntiq təxminən üç həftə sonra təhdid müəllifindən müsahibə alıb, lakin hələ də həbs etməyib.
Kvarelidə jurnalist fəaliyyətinə maneçilik - Mayın 20-də “Formula” teleşirkətinin Kaxetidəki bölgə müxbiri Davit Çabaşvilinin jurnalist fəaliyyətinin qarşısı “Kvareli Gölü” mehmanxanasının təhlükəsizlik xidmətinin əməkdaşları, Axmeta polis rəisi Qiorqi Çokuri və bir neçə başqa polislər əməkdaşları tərəfindən alınıb. “Kvarli Gölü”ndə Rusiya xarici işlər naziri Sergey Lavrovun ailə üzvləri olublar və toy keçirməli imişlər. Mehamanxana rəhbərliyi Lavrovun ailə üzvlərinin, o cümlədən sanksiyaya məruz qalan şəxslərin səfərini təsdiqləməyib. İctimaiyyətin xüsusi marağına görə jurnalist faktı dəqiqləşdirməyə çalışıb və dolama yolla Kvareli meşəsinə daxil olub. Onun çəkdiyi videogörüntülərdə mühafizəçilər onu təqib edərkən çəkilişi dayandırmağa məcbur olduğu, sonra isə Axmeta polis rəisinin göstərişi ilə vacib məlumatları əldə edə bilməməsi üçün onun fiziki güc istfadəsi ilə meşədən sürünüb çıxarıldığı görsənir. Bu faktla bağlı araşdırma başlanmayıb.
Dedoplistskaroda “Pirveli” televiziyasının çəkiliş qrupuna hücum – aprelin 29-da baş nazir ailəsinin biznes tərəfdaşları Nuqzar Aluğişvili və Zakariya Bostoğanaşvilinin araşdırmaçı jurnalistlərə hücum çəkərək onları təhqir etdiyi videogörüntülərə əks olunub. Jurnalistlər İrakli Ğaribaşvilinin atası Tariel Ğaribaşvilinin şərab zavodu ilə bağlı işini və mümkün korrupsiyanı araşdırıblar. Bundan əvvəl, bir neçə ay əvvəl Aluğişvili “Pirveli” televiziyasını məhkəməyə də verib və böhtan bəhanəsi ilə dəymiş ziyanın ödənilməsini tələb edir. Jurnalist Maka Andronikaşvili “Gürcüstan Xəbərləri”nə bildirib ki, Xüsusi İstintaq Xidməti hücum və müdaxilənin video görüntülərini də əldə edib, lakin onlar reakisya verməyiblər.
Ozurqetidə “Pirveli” televiziyasının jurnalistinə hücum – martın 15-də Baxvi kəndində jurnalist Nato Qoqeliyaya rusiyapərəst və zorakılıq tərəfdarı “Alt-İnfo” partiyasının üzvü hücum edib, jurnalist fiziki təzyiqə məruz qalıb, mobil telefonu sındırılıb. Andğuladze bir gün əvvəl Tbilisidə parlament binası qarşısında ucaldılmış Avropa İttifaqının bayrağını söküb yandıran “Alt-İnfo” fəallarından biridir. Andğuladze Qoqeliyaya hücuma görə saxlanılıb. Rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib, lakin Kutaisi Apellyasiya Məhkəməsi zorakılıqda təqsirləndirilən şəxsi 3 min lari girov müqabilində zaldan azad edib. Bundan əvvəl yanvarın 31-də, fevralın 2-də və 5-də naməlum şəxslər Nato Qoqeliyanın evinə qanunsuz daxil olublar. Birinci halda yaddaş kartı və televizor götürülüb, ikinci və üçüncü dəfə isə ev qarət edilib. İşlərin heç biri araşdırılmayıb. Zərərçəkmiş jurnalistə və onun azyaşlı övladlarına qarşı təhdidlər sonrakı günlərdə də davam edib, lakin Qoqeliyanın sözlərinə görə, istintaq xidməti bununla maraqlanmayıb: “Onlar o qədər hərəkətsizdirlər ki, müraciət etməyə belə dəyməz”. Bəli, onu həbs etdilər və təqsirli bildilər, lakin Andğuladzenin şəxsiyyətini daha yaxşı xarakterizə edəcək sübutlar toplamadılar. Ozurrqeti polisində bu şəxsə qarşı ailə-məişət zorakılığı ilə bağlı cinayət işi var. O, tipik bir zorakıdır. Bu adamı məhkəmə azadlığa buraxdı. Məndə olan məlumata görə, o, əvvəllər başqa ölkədə ağır cinayət törətdiyinə görə məhkum olunub. İstintaq xidmətinə təhdid ehtiva edən mesajları təqdim etmişəm, sosial şəbəkələrdə mənə və övladlarıma qarşı hədə-qorxular hələ də axtarılır. Reaksiya sıfırdır”.
“Media Ombudsmanı” qeyri-hökumət təşkilatının məlumatına görə, mart ayında “agentlər haqqında rus qanunu”na qarşı keçirilən aksiyaların işıqlandırılması zamanı 21 jurnalist və operatorun hüquqları pozulub. Xüsusi İstintaq Xidməti iki cinayət işi açıb:
2 mart hadisələri zamanı - “Formula” teleşirkətinin fotomüxbiri Vaxtanq Kareli, “Netgazeti”nin jurnalisti Mixeil Qvapziya və On.ge-nin redaktoru Tamar Qeqidzenin zorla parlamentin daxili ərazisindən qovulması ilə bağlı.
7-9 mart hadisələri zamanı - hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən jurnalistlərin və operatorların jurnalist fəaliyyətinin qarşısının alınması zamanı onlar sifətinə bibər qazı, su şırnaqları, qaz balonları tuşlamaq, fiziki təzyiq(kəmərlə süründürmə, başına vurmaq, təpiklə vurmaq) və s. kimi zorakılıq üsullarından istifadə ediblər.
Xüsusi İstintaq Xidməti heç bir faktla bağlı araşdırma aparmayıb.
Martın 2-də “Publika ” onlyn nəşrinin redaktoru Zura Vardiaşvili və “Tabula”nın jurnalisti Beka Jikuraşvili parlament binası yaxınlığında qanunsuz həbs edilib. “Gürcüstan Xəbərləri” tərəfindən çəkilmiş video birmənalı şəkildə sübut edir ki, Patrul Polis Departamentinin direktoru Vaja Siradze öz vəzifə səlahiyyətlərini aşır və Vardiaşvilinin həbsi üçün qanunsuz əmr verir və Vardiaşvilinin heç bir günahı olmamasına baxmayaraq, polis əməkdaşları onu dərhal icra edirlər.
Daxili İşlər Nazirliyində jurnalistlərin qanunun hər hansı maddəsinin pozulmasını təsdiq edəcək bir dənə də olsun sübut olmamasına baxmayaraq, hakim Nino Şerbakov onların hər ikisini qanunu pozan şəxs kimi tanıyaraq iki min lari məbləğində cərimələyib.
Ötən il Xüsusi İstintaq Xidməti mediaya qarşı cinayətlərin açılması göstəricilərinə görə özünü bəyənir - 12 cinayət işi üzrə istintaq başlayıb, 7 nəfər məsuliyyətə cəlb edilib. Qurum hələ 2023-cü ilin məlumatlarını bizə təqdim etməyib, lakin açıq mənbələrdən hesabladığımız məlumata görə, Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə cinayətlərin sayı ötən illə müqayisədə 4 dəfə artıb.
Jurnalistlərin gizli izlənilməsi faktları hələ də araşdırılmayıb. Eyni adlı “DTX-dan sızan fayllar işi” üzrə 48 jurnalist zərərçəkmiş qismində tanınıb.