Kaxetidə “Kvareli Gölü” mehmanxana-kompleksinin girişində Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlılar Departamentinin və digər polis bölmələrinin xüsusi səfərbərliyi var. Dünən, axşam saatlarında, mətbuatda Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun kürəkənin qardaşı Moşe Vinokurovun bu gün, “Kvareli Gölü”ndə toy edəcəyi barədə xəbərlər yayılıb. Mehmanxanada Lavrovlar ailəsinin üzvləri də qalır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Milli Hərəkat” partiyasının keçmiş sədri Nika Melia səhər saat 5 radələrində otel binasının girişinə getməyi bacara bilib. Polis əməkdaşları onu yaxalayaraq kompleksin ərazisini tərk etməyi xahiş ediblər. Tbilisi Şəhər Şurasının üzvü İrakli Edzveradze saxlanılıb. Melia ilə polis rəisləri arasındabir neçə dəfə mübahisə olub və bu zaman yüksək rütbəli polis zabiti Qiorqi Klimiaşvili Melianı siyasi meyit adlandırıb.
Moşe Vinokurov və Diana Axmadişina mayın 19-da Tbilisidə vətəndaş nikahı bağlayıblar, bunu yeni evlənən cütlüyün sosial şəbəkələrdə yayımladığı fotolar da təsdiqləyir. Bundan sonra onlar qonaqları ilə birlikdə Kaxetiyə yollanıb, burada iki oteldə - Kvarelidəki “Kvareli Lake Resort” və Qurcaani rayonunun Axaşen kəndindəki “Akhasheni Wine Resort & Spa” otellərinə yerləşiblər. Yayılan məlumata görə, Moşe Vinokurovun qardaşı, Putinə yaxın biznesmen, Aleksandr Vinokurov və onun həyat yoldaşı Yekaterina Vinokurova (qızlıq soyadı - Lavrova) Kaxetidədir.
Aleksandr Vinokurov kimdir?
12 oktyabr 1982-ci ildə anadan olan Aleksandr Vinokurov rusiyalı iş adamı Semyon Vinokurovun oğludur və özü də nüfuzlu biznesmendir. 2008-ci ildə o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Lavrovla ailə həyatı qurub.
Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Aleksandr Vinokurov Avropa İttifaqı, Böyük Britaniya, Kanada, İsveçrə, Avstraliya, Yeni Zelandiya və Ukrayna tərəfindən sanksiyaya məruz qalıb. Avropa İttifaqı Şurasının məlumatına görə, Aleksandr Vinokurov pərakəndə qida satışı, əczaçılıq, kənd təsərrüfatı və infrastruktur sahələrində biznes maraqları olan rusiyalı biznesmendir. O, “Maraton Group” investisiya şirkətində və Rusiyanın ən böyük qida şirkəti “Magnit”də rəhbər vəzifəsini tutur, həmçinin Rusiya dənli bitkilərinin ikinci ən böyük idxalçısı olan (Rusiya isə dünyada ən böyük buğda idxalçısıdır) “Demetra Holding”in səhmlərinə malikdir. Onun atası, “Paytaxt Aptekləri” dövlət unitar müəssisəsinin rəhbəri olmuş və Rusiya əczaçılıq sənayesinin əsas sahibkarlarından biri hesab edilən Semyon Vinokurovdur. Aİ hesab edir ki, Aleksandr Vinokurovun Rusiya hökuməti ilə sıx əlaqələri var və Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadi sektorlarla məşğuldur. 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu başlayandan sonra Aleksandr Vinokurov, digər 36 iş adamı ilə birlikdə Qərbin sanksiyaları fonunda fəaliyyət planını müzakirə etmək üçün prezident Vladimir Putin və Rusiya hökumətinin digər üzvləri ilə görüşüb.
“Onun bu görüşə dəvət olunması faktı onu göstərir ki, o, Vladimir Putinin yaxın çevrəsinin üzvüdür və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə, habelə Ukraynada sabitlik və təhlükəsizliyə xələl gətirən və ya təhdid edən hərəkət və ya siyasəti dəstəkləyir və ya həyata keçirir. Bu, həm də onu göstərir ki, o, Krımın ilhaqına və Ukraynada sabitliyin pozulmasına görə məsuliyyət daşıyan Rusiya hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən iqtisadi sektorlarla məşğul olan aparıcı iş adamlarından biridir. Bunu, Vinokurovun Rusiyanın aqressiv müharibəsinə və siyasətinə görə məsuliyyət daşıyan xarici işlər naziri Sergey Lavrovla yaxın, şəxsi əlaqələri bir daha təsdiqləyir”, - Avropa İttifaqı Şurası bildirir.
İsveçrənin ictimai yayımı Aleksandr Vinokurovu Rusiya oliqarxiyasının yüksələn ulduzu adlandırır.
Rusiyanın müstəqil “Mühüm Tarixlər” (Важные истории) nəşrinin materialına görə, Lavrovun kürəkənin İsrail vətəndaşlığı var. O, İsrailə hələ 1990-cı ildə, valideynləri ilə birlikdə qayıdıb. Vinokurovlar ailəsi Netanya şəhərində qeydiyyatdadır.
Aleksandr Vinokurovun həyat yoldaşı və Sergey Lavrovun qızı Yekaterina Vinokurovaya Böyük Britaniya, ABŞ, Avstraliya, Yaponiya və Ukrayna tərəfindən sanksiya tətbiq edilib.
Mehmanxana-Kompleksi “Kvareli Gölü”
2010-cu ildə inşa edilən “Kvareli Gölü” mehmanxana kompleksi “Kvareli Palace” MMC-yə məxsusdur. Digər tərəfdən, “Kvareli Palace” “Aqroinkişaf” MMC-yə məxsusdur. Onun səhmlərinin37,85%-i “Vahid Milli Hərəkat” partiyasından parlamentin keçmiş deputatı (2008-2012-ci illər) Arçil Qeqenavaya , 23%-i Qiorqi Çubinişvili və İvane Nikolaişviliyə, qalan 16,15% isə Arçil Qeqenavanın qardaşı Andro Qeqenavaya məxsusdur.
Gürcüstanın rəsmi qurumlarının, hələki heç biri tərəfindən Aİ və ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin Gürcüstan ərazisində olub-olmaması və ya ölkəyə necə daxil olduqları barədə açıqlama edilməyib.