Martın 2-nə keçən gecə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasında həbs edilən “Publika” internet nəşrinin redaktoru Zura Vardiaşvili və “Tabula” qəzetinin jurnalisti Beka Jikuraşvili polisin qanuni tələbinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurlar. Əslində, polisdən heç bir tələb olmayıb və jurnalistlər qanunu pozmayıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Martın 2-də “Xarici agentlərin qeydiyyatı haqqında” və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihələrinin müzakirə olunduğu Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik komitələrinin birgə iclasına parlament binasına daxil olan jurnalistlər buraxılmayıb.
Jurnalistlər parlament binasında etiraz aksiyası keçirərək, məqsədi hökumətdən maliyyə cəhətdən asılı olmayan media və qeyri-hökumət təşkilatlarını sıxışdırıb sıradan çıxarmaq, onları “xarici təsir agentləri” adlandırıb, məcburi qeydiyyata almaq, şəxsi məlumatlarını işləmək, on minlərlə lari məbləğində cərimələmək, 5 il müddətinə həbs cəzası vermək və s. olan adıçəkilən qanun layihələrinin komitələrdə müzakirə edilməməsini tələb ediblər.
İclas başa çatdıqdan sonra, axşam saatlarında parlament binasından çıxan jurnalistlər polisin nümayişdə iştirak edən tələbələri kütləvi şəkildə həbs etməsinin səbəbini öyrənməyə çalışıblar. Eyni zamanda, jurnalistlər - “Rusiya qanununa yox”; “satqın”deyə qışqırırdılar. Həmin vaxt jurnalist Zura Vardiaşvili patrul polis idarəsinin direktoru Vaja Siradzenin əmri ilə həbs edilib.
"Kimə deyirsən?", "sürüyüb aparın!" “davay, çəkib aparın”, - deyə Siradze bir neçə dəfə polislərə Vardiaşvilini saxlanılması əmrini verib. Zuranın yanında olan jurnalistlər elə oradaca Siradzeyə bildiriblər ki, jurnalist heç bir pis iş görməyib, polisdən heç bir tələb olmayıb, onu birbaşa həbs ediblər, maşına mindirdikdə isə ona qarşı fiziki zorakılıq ediblər.
Patrul polis idarəsinin direktoru əvvəlcə əməkdaşlarına jurnalist Qela Mtivlişvilini həbs etməyi əmr edib, bundan sonra onunla Mtivlişvili arasında şifahi qarşıdurma olub.
Vaja Siradze - Jurnalistsənsə, insanları təhqir etməlisən? İndi buradan get!
Qela Mtivlişvili - Sən satqınsan, satqınsan!
Vazha Siradze - Tərbiyyəsizsən!
Qela Mtivlişvili - Kimdir tərbiyyəsiz?
Saxlanılan jurnalistlərin azadlığa buraxılmasını tələb edən media nümayəndələri əvvəlcə Ortaçalada Daxili İşlər Nazirliyinin binasının önündə toplaşıb, daha sonra isə Kaxeti şossesində yerləşən Daxili İşlər Nazirliyinin yeni binasına keçiblər.
Vardiaşvili və Jikuraşvili təxminən iki saata buraxılıb. Onların hər ikisinə qarşı İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələbinə tabe olmamağı nəzərdə tutan 166 və 173-cü maddələri ilə həbs protokolları tərtib edilib. Qanun pozuntularına görə 2000-3000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulur.
“Parlamentdə idik və həm çalışır, həm də komitələrə təqdim olunan “Rus qanun layihələri”nə etiraz edirdik. Parlamentdən çıxanda həmkarlarımla birlikdə dayanıb iclas iştirakçılarının necə həbs olunmasına baxırdım. “Rus qanuna yox”, “bu vətənə xəyanətdir”, “siz nə edirsiniz, satqınlar” deyə qışqırırdıq. Bu zaman kimsə əlimdən tutub sürüyərək maşına mindirdi. Düşünürəm ki, onların gözlərinə xoş gəlməyən hər kəsi həbs etmək əmrləri var idi”, – Zura Vardiaşvili azadlığa çıxdıqdan sonra deyib.
“Mən parlamentin arxasında dayanmışdım. Polis kütləni həbs etməyə gəlib, onları kütləvi şəkildə tutmağa başladı. Niyə tutursunuz, dedim? Həmin an video çəkirdim və polislərdən biri mənə işarə edərək, bunu da tutun dedi. Sonra hücuma keçdilər, qaldırdılar - iki nəfər əlimdən, iki nəfər ayağımdan tutub maşına atdılar. Nə üçün həbs olunduğumu isə izah etmədilər. Mətbuat nümayəndəsi olduğunuz üçün sizi qəbz əsasında azad edəcəyik dedilər”, – Beka Jikuraşvili bildirır.
Martın 2-də parlament binası yaxınlığında ümumilikdə 36 nəfər - xırda xuliqanlıq və polisin tələbinə tabe olmamaq ittihamı ilə həbs edilib.