Mşvildadze və Caparidzeyə hücum sosial şəbəkədə oxşar mətnlərlə etiraf edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Vətəndaş Nikoloz Quqeşaşvili, “Formula” teleşirkətinin təsisçilərindən biri olan Mişa Mşvildadzeyə hücumu, bir neçə gün əvvəl “Qirçi - Daha Çox Azadlığ”ın lideri Zurab Caparidzeyə hücum edən şəxsin etdiyi formada və mətnlə etiraf edir.

Mişa Mşvildadzeyə iyunun 27-də, axşam saatlarında, küçədə tək gedərək supermarketə daxil olarkən  hücum olunub. Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə araşdırmalara başlayıb, lakin cinayətkarın həbs edilib-edilməməsi indiyədək naməlum olaraq qalır.

“Mən Nikoloz Quqeşaşvili, Qldanidan olan kişi, 4 uşaq atasıyam. Dünən Vaja-Pşavelada, “Karfur”un yaxınlığında, Mişa Mşvildadzeni döydüyüm yerdə idim. Döyülməsinə səbəb onun kilsəni kriminal adlandırması və xaçın zorakılıq simvolu olduğunu deməsi, patriarxı, gürcü millətini və atalarımızı lənətləməsi, həmçinin “Facebook”da məni və dostlarımı söyməsidir. Ona görə də, mən heç yerdə gizlənmək niyyətində deyiləm”, - Nikoloz Quqeşaşvili sosial şəbəkədə yazır.

İyunun 17-də, sonradan Zurab Caparidzeyə qarşı zorakılıq ittihamı ilə həbs edilən Soso Maisuradze də sosial şəbəkədə oxşar mətn dərc edib və hazırda istintaq təcridxanasındadır.  Soso Maisuradze Zurab Caparidzeyə Qoridə, magistral yolda yerləşən “Smart” supermarketinin dayanacağında fiziki təzyiq göstərib.

 “Mən Soso Maisuradze, Qoridən olan kişiyəm. Zura Caparidze mənim tərəfimdən döyülüb. O, övladlarımızı yoldan çıxardığına, patriarxı, kilsəni təhqir etdiyinə və çılpaq arxasını düşmənə göstərməsi hərəkətinə görə döyülüb. Mən heç yerdə gizlənməyəcəm. Qoridəki dostumla bir yerdəyəm və onun “Facebook” səhifəsindən istifadə edirəm, - Soso Maisuradze yazıb.

Həm Soso Maisuradze, həm də Nikoloz Quqeşaşvili “Facebook”da dərc olunan bu bəyanatlarda Daxili İşlər Nazirliyini işarələyiblər.

Bir neçə gün əvvəl Tbilisidə ədəbiyyatçı Levan Berdzenişviliyə də hücum olunub. Hadisə Çavçavadze prospektində, İliya Dövlət Universitetindən çıxmış Berdzenişvili avtomobilə tərəf gedərkən baş verib. Naməlum şəxs onun istiqamətinə yumurta ataraq, onu “satqın” adlandırıb.

Hakim partiyanın siyasətinə qarşı tənqidi və fərqli fikirdə olan insanlara qarşı hücumların əvvəlcədən təşkil olunması ehtimalı var.

“İllərdir belə bir şey olmamışdı. Hücum, məhz başqalarına qarşı əvvəlki hücumlarda olduğu kimi, hökumətin idarə etdiyi xüsusi cəza qüvvələri tərəfindən planlaşdırılmış, hazırlanmış və koordinasiya olunduğu kimi idi. Aydındır ki, burada da eyni əl izi var. Onlar kameralardan çəkinmirlər, çünki bilirlər ki, sonradan hardasa güzəşt olunacaq - yüngül cəza alacaqlar. Eyni hekayədir”, - Mişa Msvildadze deyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur