“Formula” teleşirkəyinin yaradıcılarından və aparıcılarından olan Mişa Mşvildadzeyə hücum olunub. Msvildadzenin sözlərinə görə, hadisə Tbilisinin mərkəzində, supermarketin girişində baş verib və hücum edən şəxs patriarxın adını hallandırıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Carrefour”un girişində naməlum şəxs mənə hücum etdi. Qulaqcıq taxıb musiqi dinləyirdim və onadək mənə nəsə dediyini belə eşitməmişəm. Sadəcə yan keçirdim, orada iki nəfər dayanıbmış, fikir verməmişəm. Güman edirəm ki, onlardan biri məni tutdu və düz girişdə üzümə yumruq vurdu. Sonra ayağım pilləkənlərə ilişdi və yıxıldım, qalxa bilmədim və məni arxadan vurmaq istəyirdi. Bu, təxminən 15-20 saniyə davam etdi. Qulaqcığı çıxararkən qışqırıq eşitdim, patriarxın adını hallandırıb, “patriarxı necə söyürsən” və ya buna bənzər şeylər dedi”, - deyə üzündə xəsarətlər olan Mşvildadze deyir.
Ehtimal ki, hücum supermarketin girişindəki müşahidə kameralarında əks olunub. Mişa Mşvildadzenin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının reaksiyası tez və adekvat olub.
“Hələlik hər şey adekvat şəkildə gedir və ümid edirəm ki, belə davam edəcək. Əgər polisin adekvatlığı şübhə altında qalsa, o zaman bütün bunların əvvəlcədən planlaşdırıldığı və cinayətkarların əvvəlcədən vədlər və kömək şərtləri ilə hərəkət etmələri ehtimalı artmalıdır”, - deyə Mişa Mşvildadze bildirib.
Hazırda Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı araşdırmalara hansı kvalifikasiya əsasında başladığı məlum deyil.