Tbilisidə ədəbiyyatçı Levan Berdzenişviliyə hücum edilib. Hadisə Çavçavadze prospektində, Berdzenişvili İliya Dövlət Universitetindən çıxıb avtomobilə tərəf gedərkən baş verib. Naməlum şəxs onun istiqamətinə yumurta ataraq onu “satqın” adlandırıb. Hadisə şahidi də Levan Berdzenişviliyə hücumu təsdiqləyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mühazirədən çıxdım və düz küçədə “satqın”, “Erekle” deyən və ana söyüşü” işlədən bir gənclə qarşılaşdım”, – Levan Berdzenişvili jurnalistlərə bildirib. “Ana söyüşündən başqa bir kəlmə də düzgün deyə bilmədi. Çoxdandır belə hazırlıqsız kadr görməmişdim. Bu, deyəsən bizim hökumətin üzüdür. “Satqın!”, “Dayan!”, mən dayanmadım və məni təşvişə gətirib, iki kəlmə söz dedirdə bilməyənə qədər təqib etdi. Vətəndaşları görürdüm deyə ana söyüşü işlətmədim. Kədərliyəm, çünki deyəsən başıma nəsə gəlməlidir, belə bitməyəcək, artıq dördüncü-beşinci dəfədir ki, buna mane ola bilməyiblər”.
Levan Berdzenişvili hesab edir ki, ona qarşı hücumlar hökumət tərəfindən həvəsləndirilir.
“Əlbəttə, zorakılıq qəbuledilməzdir, lakin biz də hamını cəmiyyətdə ixtilafın qızışdırılmasına töhfə verməməyə çağırmalıyıq. Mümkün deyil ki, bir adam, yanılmıramsa professor statusu daşıyır, çıxıb bizim qəhrəman şahlarımızı, ikinci Erekleni söysün.
Zorakılıq qətiyyən yolverilməzdir və ümid edirəm ki, gələcəkdə heç bir ixtilafın, qütbləşmənin, radikallığın qızışdırılması olmayacaq. Bu, mənim münasibətim, mövqeyimdir”, - “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze hadisə ilə bağlı bildirib.
Bugünkü hücum Levan Berdzenişviliyə qarşı ilk aqresiya halı deyil. Mayın 15-də ədəbiyyatçı bildirib ki, o, universitetdən evə qayıtmağa hazırlaşarkən evinin yaxınlığında 15-20 maskalı adam olub. Polis və jurnalistlərin gəlişindən sonra naməlum şəxslər Berdzenişvilinin evinin ətrafını tərk ediblər. Levan Berdzenişvili hadisəni “Gürcü Arzusu”nun qisasının davamı hesab edib və bunu bir həftə əvvəl ona qarşı başlayan yeni kampaniya ilə əlaqələndirib - guya ki, o, Xevsuretililərı təhqir edib.
Yanvarın 16-da “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun 20-yə yaxın üzvü Levan Berdzenişvilinin Kvarelidə, İliya Çavçavadze haqqında açıq mühazirə keçirməsinə mane olub. Rusiyayönümlü partiyanın nümayəndələri Berdzenişviliyə Kartli-Kaxeti Şahı, II Erekle haqqında səsləndirdiyi fikirlərinə görə qarşı çıxıblar, onun maşının yolunu bağlayıblar. Aksiya iştirakçıları “Levan Berdzenişvili satqındır və şah Erekleni təhqir etdiyinə görə Kaxeti onu qəbul etməyəcək” deyə qışqırıblar. Polis nə yolu açıb, nə də xuliqanlığın qarşısını alıb.
Yanvarın 23-də, hökumətin təbliğat-təşviqat telekanalı POS TV-nin jurnalisti Natia Beridze küçədə Levan Berdzenişvilini yaxalayıb və onu şifahi təhqir edib. “Şah Erekle qəhrəman idi və siz nakişisiniz. Mən bunu bütün Gürcüstan adından deməliydim”, – Beridze Berdzenişviliyə deyib. Jurnalist bunu lentə alaraq videonu sosial şəbəkədə yerləşdirib.