Ədəbiyyatşünas Levan Berdzenişvili deyir ki, evə qayıdarkən evinin yaxınlığında 15-20 maskalı şəxs onu gözləyirmiş. Naməlum şəxslər Berdzenişvilinin evinin ətrafını polis və jurnalistlər gəldikdən sonra tərk ediblər. Levan Berdzenişvili hadisəni “Gürcü Arzusu”nun qisasının davamı hesab edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənə verilən məlumata görə, 15-20-yə yaxın atletik formada müvafiq təchizatlı, xaçlı papaq, maska və s. taxmış şəxs gəlib. Nə üçün gəldiklərini və nə istədiklərini soruşduqda, əsasən gülümsəyiblər. Aydındır ki, bu, məni gözləyən basqınçıların aksiyası idi. Mənim hara gedib-gəldiyimi mükəmməl bilirlər. Artıq neçənci dəfədir ki, mən mühazirələrimi nə vaxt bitirdiyimi bilmədiyim halda, onlar bunu əzbər bilirlər. Əgər vaxtında gəlsəydim, məni burada qarşılayacaqdılar. Mənə sadəcə xəbərdarlıq etdilər və yolda dayandım. Getmədikləri - burada dayanıb və yerindən tərpənmədikləri üçün qızım patrulu çağırıb. Patrul peyda olar-olmaz, həmin an qeyb olublar. Kaxetidə də belə bir şey olub, bura da gəlmişdilər, oğruları da qoşmuşdular, müxtəlif cür hadisələr olurdu. İndiyə qədər mənə fiziki toxunmayıblar, sadəcə bəzi vətəndaşlar küçədə məni təhqir edib. Allah köməkləri olsun, nə istəyirlər onu da desinlər, amma mütəşəkkil dəstənin gəlib əzələlərinə baxmları bu, artıq üçüncü belə haldır”, - Levan Berdzenişvili bildirib.
Ədəbiyyatşünas bugünkü əhvalatı ona qarşı ötən həftə başlayan yeni kampaniya ilə əlaqələndirir.
“Guya mən 2014-cü ildə Xevsurililəri təhqir etmişəm. İndi 2023-cü ildir. Xeyli vaxtdır ki, çox məşhur olan o material 2014-cü ildə qeydə alınıb, ingilis və fransız dillərinə tərcümə olunub və indiyədək heç kimin bu barədə iddiası olmayıb. Ümumiyyətlə, bir çox cinayətlərin ahıllıq müddəti var və mənimkində sanki yoxdur. 2014-cü ildə nə deyəcəyəm, 1943-cü ildə kimsə nə deyərdi, sanki, mən buna görə məsuliyyət daşımalıyam.
Bu adamlardan oxuma-yazmanı biləni varsa “Aluda Ketelauri” oxusun, onda, hamının mənə yox, Vaja-Pşavelaya qarşı iddiası olacaq, çünki mən Aludanın yuxusunu görməmişəm, adamyeyən məzmunlu yuxunu Aluda görüb”.
Bir neçə gündür ki, sosial şəbəkələrdə hökumətyönümlü və anti-qərb səhifələri Levan Berdzenişvilinin 2014-cü il fevralın 6-da “YouTube”da dərc olunmuş mühazirəsinin videoyazısından qısa fraqment yayırlar. “Vaja müasirimiz adlanır” məruzəsində filoloq Vaja-Pşavelanın yaradıcılığından bəhs edir, “Aluda Ketelauri” poeması üzərində dayandığı hissələrdən birində:
“Vaja-Pşavela deyib ki, ümumiyyətlə, düşmən yoxdur. Vaja-Pşavela “kim düşmənçiliyə susasa, evin qapısını açsın” deyib və sonra ardınca hansısa dəhşətli, fantazmaqorik mənzərə gəlib - necə yeyə, necə içə, insanı necə yeyə bilərsən, göyərti əvəzinə bığ saqqalını və s. Düşmənçilik budur. Vaja-Pşavela deyib ki, əgər düşmənsənsə, onda yenə də yeməlisən. Gəlin düşünək. Köhnə düşüncələri bilirsiniz. Xevsurlar bu şeirlərdə öldürürlər, əl kəsirlər. Niyə? Çünki onu asmalıdırlar. Başlanğıcda niyə kəsirdilər? Başlanğıcda xatırladım ki, onlar insanları yeməli olduqları üçün kəsirdilər, çünki müharibə və düşmənçiliyin insanın qida dəyərinə sahib olan bir varlıq olmasından başqa heç bir əsası yoxdur. Hər şeylə birgə əla ətimiz var. Bütün adamyeyənlər insan ətinin dadlı olduğunu təsdiqləyir. Əgər hər kəs həqiqətən onun strukturu ilə maraqlanırsa, onun dadı ən çox donuz ətinə bənzəyir - bunu biləsiniz. Bokassa adlı pis bir adam var idi, o, insan ətinin dərəcələrini başa düşürdü və donuzların, ya da kiçik uşaqların ətini ləzzətli hesab edir və barmaqlarını dişləyirdi. Unutmayın ki, dünya liderlərinin bir çox dostu idi bu kişi, məsələn, Jiskar Destin və ciddi, ondə gedən dünya liderlərinin yaxın dostu idi Bokassa. 20-ci əsrdə o, adamyeyənlik edirdi. Onlar ölkədə Çexoslovakiya səfirini yedilər, Çexoslovakiya pərişan olduqda isə dedilər - yaxşı, sizə nə olub, bizim səfirimiz də Çexoslovakiyadadır və siz də onu yeyə bilərsiniz. Çexlər Mərkəzi Afrika zarafatını başa düşmədilər. Bir sözlə, Vaja-Pşavela deyib ki, düşmən düşmən deyil. O bunu sadə, insani dillə desəydi, deyərdi ki, - gəl, düşmənliyi buraxaq dost olaq, onda bəlkə başqası da başa düşərdi, amma o bunu bədii şəkildə deyib”.
Bəzi qruplar Levan Berdzenişviliyə Kartli-Kaxeti çarı II Erekle haqqında səsləndirdiyi fikirlərinə görə qarşı çıxır. 2023-cü ilin yanvarında “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun üzvləri, təxminən 20 nəfər Kvarelidə ona – “Avropalı atamız İlya” açıq mühazirəsini keçirməyə icazə verməyib. Rusyönümlü partiyanın nümayəndələri “Kvareli Euroclub”a gedən yolu bağlayıb və Levan Berdzenişvilini binaya buraxmayıblar. Aksiya iştirakçıları “Levan Berdzenişvili satqındır və çar Erekleni təhqir etdiyinə görə Kaxeti onu qəbul etməyəcək” şüarları səsləndiriblər. Polis nə yolu açıb, nə də xuliqanlığın qarşısını alıb.