“Alt İnfo” Levan Berdzenişvilini Kvarelidə İliya Çavçavadze haqqında mühazirə keçirməyinə maneə yaradıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

"Mühafizəkarlar Hərəkatı/Alt İnfo"nun 20-yə yaxın üzvü Levan Berdzenişviliyə yanvarın 15-də Kvarelidə açıq mühazirə - "Avropalı atamız İliya" - keçirməyə icazə verməyib.

Rusiyayönümlü partiyanın nümayəndələri “Kvareli Avroklub”a gedən yolu bağlayıb və Levan Berdzenişvilini binaya buraxmayıblar. Aksiya iştirakçıları “Levan Berdzenişvili satqındır və Çar Erekleni təhqir etdiyinə görə onu Kaxeti qəbul etməyəcək” deyə qışqırırdılar.

“Adi bir satqınsan! Gürcü xalqı üçün kafirsən sən! Nakişisən sən. Niyə Erekle Çarı təhqir etmisən? Sən nakişisən, satqınsan! Qandınmı?”, - deyirdi “Alt İnfo”nun Telavi təşkilatının rəhbəri Giorgi Kargauli.

“Çıx get burdan! Kaxeti səni qəbul etməyəcək və sənə qulaq asmayacaq. Kaxeti Çarı Erekle və Davit Ağmaşenebelini təhqir edənləri qəbul etməyəcək. Sən o adam deyilsən ki, kaxetililər səni dinləsin. Sən o adam deyilsən ki, gürcülər sənə hörmət bəsləsin. Sən adi bir satqınsan, Erekle Çarı təhqir edənsən, onların müqəddəsliklərini söyənsən sən, patriarxı təhqir edənsən sən! Sən nakişisən sən! Sürüş get burdan! Sən öləndə hər bir gürcü qəbrinin üstünə işəyəcək! Sən bizim nəslimizi, gələcək nəsli ləkələmək istəyirsən deyə indi bura gəlirsən. Uşaqları murdarlayaraq qrant alacaqsan hə? Alanmayacaqsan! Ayaqlarımı alacaqsan!”.

“Alt İnfo” üzvlərinin paylaşdıqları təxminən dörd dəqiqəlik videodan görünür ki, hadisə yerində olan bir neçə polis yolu təmizləməyə belə cəhd etməyib. “Tək televizorda zorsan? Gəl görüm nə oğlansan?”, - mitinq iştirakçıları Berdzenişviliyə bu cür müraciət edirdilər.

“Maşından düşsəydim, heç nəyi istisna etməzdim, çünki onlar kifayət qədər aqressiv idilər. Polis bu hadisəni sakitcə izləyirdi, heç biri yanıma gəlmədi. Məni aradan çıxartmaq, koridor yaratmaq, belə şeylərə cəhd belə olmadı.

“Bunu edən hökumət özü-özlüyündə məhvə məhkumdur, amma yenə də cəsarəti olmalıdır ki, vətəndaşa mühazirə oxumaq imkanı versin. Mən bura adam öldürmək üçün gəlməmişdim axı?! Mən çatdırmalı idim ki, İlya Çavçavadzenin hansı xidmətləri olub. Yeri gəlmişkən, İlya Çavçavadzenin müqavilə (Georgiyevsk müqaviləsi) haqqında nə düşündüyünü də deyəcəkdim, məsələn, deyirdi ki, bu Gürcüstanın ölümüdür və mən bu işdə, bu bayramda iştirak etməyəcəyəm. Rusiya təşkilatı niyə mənə Gürcüstanda bir nömrəli gürcü vətənpərvər haqqında mühazirə oxumağı qadağan edir?”

Hakimiyyət bu haqda düşünməlidir... bəlkə İlya Çavçavadzeyə hörmət göstərsinlər, çünki məndən başqa ona da bu gün zərər dəyib”. - Levan Berdzenişvili “Pirveli” telekanalına müsahibəsində deyib.

Berdzenişvilinin sözlərinə görə, “Gürcü arzusu” üçün ona qarşı hörmətsizlik seçki baxımından hakim partiya üçün faydalıdır.

“Görünür, bu yolla ayrı-ayrı vətəndaşları seçmək, onlara nifrət aşılamaq və bununla da seçicilərini sevindirmək niyyətindədirlər. Mühazirələrin Telavidə, Kvarelidə, Saqarecoda keçirilməməsinə sevinənlər, əvəzində bu savadsızlar küçədə nəsə qışqıracaqlar, mən o insanlara inanmıram. “Gürcü arzusu”nun seçicilərinin bu cür davranışı bəyənməsinə inanmıram. Düşünürəm ki, onlar hökumətdən daha pisdirlər və bu hökumət ona görə var ki, onun belənçi seçiciləri var. “Gürcü arzusu” seçiciləri belə bir şeyə etiraz etmir, demirlər ki, biz bunu bəyənmirik, amma mühazirə oxumaq hüququ olmalıdır. Bu davranışı bəyənirlər, kim də bəyənirsə, istəyir çoxlu təhsili olsun “alt info” ilə birdir və onlarla birlikdə eyni cür qəbul edilməzdirlər mənim üçün. Məni sevməyənlərin sayı arta bilər, amma xatırlayıram ki, Gürcüstanda başqa yerlər də var idi ki, orada mənə deyirdilər ki, mən heç vaxt ora gedə bilməyəcəm və indi gedib orada mühazirə oxuyuram. Zamanı gələndə Telaviyə, Kvareliyə gedib sağ olduğum müddətcə mühazirələr oxuyacağam. Buna ümidim var mənim”.

"Kvareli Avroklub" Levan Berdzenişvilinin açıq mühazirəsini on gün əvvəl “Facebook” vasitəsilə elan edib. “Avroklub”un təsisçisi Nika Qurinin sözlərinə görə, mühazirəni çoxlu sayda uşaq gözləyirdi, lakin “müxtəlif bölgələrdən gətirilən adamlar”ın təşkil etdiyi piketdən sonra təhlükəsizlik baxımından görüşü ləğv etməli olublar.

2022-ci ilin mayında “Respublika Partiyası”nın yaradıcısı, filoloq və ədəbiyyatşünas Levan Berdzenişvili Kartli-Kaxetiya Çarı II Erekleni 1783-cü ildə Rusiya ilə “Georgiyevski” müqaviləsi bağladığına görə tənqid edib. Berdzenişvili müsahibələrinin birində deyib: “Kral Erekle satqın elan olunana qədər İrakli Qaribaşvili çıxıb “Müharibə istəyirsiniz?!” deyəcək. Hə, Erekle də bunu demişdi, nə yəni - müharibəmi istəyirsən a kişi. O, döyüşçü idi, 80 döyüşdə qalib gəlmişdi. Müharibə istəmirdim, heç kim istəmirdi, amma o, bütün Gürcüstanı təslim etdi, yalnız Kaxetiyaya nəzarət edirdi, ona bunu etməyə kim haqq vermişdi? Öz nəvəsi ki, yazmışdı ona - sənə bunu etməyə kim haqq verib? Qulaq asmadılar ona. Barataşviliyə qulaq asmırlar”.

Mayın 28-də Telavidə, II Erekle sarayının yaxınlığında “çarın müdafiəsi üçün” adlı aksiya keçirilib, iştirakçıların əksəriyyəti Telavi Dövlət Teatrının əməkdaşları, “Alt İnfo”nun fəalları və dövlət qulluqçuları olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur