“Qirçi – Daha Çox Azadlıq”ın lideri Zurab Caparidzeyə hücuma olunub. Bu barədə məlumatı partiya üzvlərindən biri Ana Kuraşvili yayıb. Onun Facebook-da yazdığına görə, hadisə səhər saatlarında Qoridə baş verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Düşərgəyə gedirdik, Qoridəki “Smart”da dayandıq, qızlar mağazaya girdilər və bu zaman maşında tək olan Caparaya dəlinin biri hücum etdi. Hər şey çox ani baş verdi. Zuranın göz nahiyəsində zədə var. Bu ölkədə yaşamaq təhlükəlidir”, – Ana Kuraşvili Facebook-da yazıb və postun altındakı şərhlərdə qeyd edib: “Maşının qapısını açıb, patriarx haqqında necə danışırsan dedi və vurdu”.
Məlumatı Zurab Caparidze, özü təsdiqləyib. Onun sözlərinə görə, özünü yaxşı hiss edir.
Hazırda Daxili İşlər Nazirliyinin istintaqa başlayıb-başlamadığı naməlumdur. Partiya, hücumdan sonra Tbilisiyə qayıtdıqlarını və Zurab Caparidzenin polis bölməsində olduğunu açıqlayıb.