Qori rayon məhkəməsi “Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzeyə qarşı zorakılıqda təqsirli bilinərək saxlanılan Soso Maisuradze barəsində həbs qətimkan tədbiri seçib. Hakim Davit Makaridze prokurorluğun vəsatətini təmin edib. Müdafiə tərəfi təqsirləndirilən şəxsin girov qarşılığında azadlığa buraxılmasını istəyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün keçirilən məhkəmədə Soso Maisuradze də cinayəti etiraf edib.
İyunun 17-də Zurab Caparidze Tbilisi-Senaki-Leselidze magistralında yerləşən “Smart” supermarketinin dayanacağında döyülüb. Müxalifətçi siyasətçi partiya yoldaşları ilə birlikdə liberal akademiya düşərgəsində təlim keçmək üçün Borjomiyə gedirmiş. O, maşında tək oturan və supermarketə getmiş sərnişinləri gözləyərkən hücuma məruz qalıb.
Tezliklə sosial şəbəkədə Soso Maisuradzenin adından bəyanat dərc olunub və orada Caparidzeyə hücumun motivinin “patriarxı təhqir etmək” olduğu yazılıb.
“Mən Soso Maisuradze, Qoridən olan adamam. Zura Caparidze mənim tərəfimdən döyülüb. Uşaqlarımızı azdırdığına görə, patriarxı və kilsəni təhqir etdiyinə görə, çılpaq arxasını düşmənə göstərdiyinə görə döyülüb... Mən heç yerdə gizlənmək niyyətində deyiləm”, – həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Maisuradze yazıb.
Soso Maisuradzeyə qarşı Cinayət Məcəlləsinin zorakılığı nəzərdə tutan 126-cı maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetirilərsə, onu bir ilə qədər həbs gözləyir.
Zurab Caparidzeyə hücumdan az sonra “Hər Şeydən Öncə Gürcüstan” hərəkatının təsisçisi Vato Şakarişvili həmkarları ilə birlikdə Borjomiyə, liberal akademiyanın gənclər düşərgəsinin yerləşdiyi mehmanxananın yaxınlığına gəlib. Onlar mehmanxananın həyətinə daş və boya atıb, söyüb və düşərgə iştirakçılarını hədələyiblər. Hücum zamanı xəsarət alan olmasa da, “Qirçi – Daha Çox Azadlıq” üzvünün maşınına ziyan dəyib. Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 187-ci (özgənin əmlakını məhv etmə) maddəsi ilə araşdırma başlayıb. Hələlik polis heç kimi həbs etməyib.