“Qirçi – Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzeyə fiziki hücumdan sonra bir qrup aqressiv şəxs “Liberal Akademiya”nın Borjomidəki düşərgəsinə axışıb. Hadisə yerində çəkilən görüntülərdən də göründüyü kimi, onlar daş atır, qışqırır və hədələyirlər. Mehmanxananın qarşısına toplaşanlar arasında “Gürcü Arzusu”nun tərəfdarı, “Hər Şeydən Öncə Gürcüstan” hərəkatının təsisçisi Vato Şakarişvili də olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizə naməlum qruplar hücum etdilər. Hər tərəfdən bizə hücum edirlər. Bir neçə dəfə patrula zəng vurduq, lakin onlar hələ də ortada yoxdurlar. “POS TV”-nin televiziyası buradadır. Daş, boya atırlar, söyürlər, təhqir edirlər. Biz böyük təhlükə altındayıq. Kömək istəyirik”, - düşərgənin təşkilatçılarından biri, düşərgə yaxınlığında baş verən hadisələrin videosunu Facebook-da dərc edən Barbara Mqaloblişvili deyir. Videoda Şakarişvilinin mehmanxanaya daxil olduğu və POS TV-yə təbliğat xarakterli müsahibə verdiyi əks olunur.
Bu gün, səhər saatlarında, Zurab Caparidzenin Borjomidəki liberal akademiya düşərgəsinə gedərkən fiziki təzyiqə məruz qaldığıməlumat yayılıb.
“Qirçi – Daha Çox Azadlıq”nın üzvü Ana Kuraşvilinin sözlərinə görə, Caparidze Qoridə “Smart” mağazasının yaxınlığında dayanmış avtomobilində tək oturan zaman hücuma məruz qalıb. “O, maşının qapısını açıb, patriarx haqqında necə danışırsan dedi və vurdu”, – Kuraşvili hücumla bağlı deyir.
Vato Şakarişvili tezliklə Facebookda Caparidzeyə hücuma rəy bildirib: “Zura Şalvarıdüşük Qirçi Caparidze gəncləri zəhərləmək üçün (təlim keçmək ) Borjomiyə gedirdi. Qoridə “Smart”da dayanıb, bir gürcü yaxınlaşıb, olarsa şüşəni endir, sözüm var deyib... O da endirib, salamladığını zənn edib və bu an ağız-burnuna vurub, bu, patriarxımızı və kilsəni təhqir etdiyin üçün idi deyib və həmin yaxşı adam yoluna davam edib... Zura şalvarıdüşük qalıb və Tbilisiyə qayıtmalı olub”.
Zurab Caparidzenin başında və göz nahiyəsində xəsarətləri var. Polisdə bölməsində dindirildikdən sonra o, ekspertizadan keçəcək.
İyunun 16-18-də Borjomidə “Fərdi Azadlıq İnstitutu”nun (IFIL) təşkilatçılığı ilə liberal akademiya düşərgəsi keçirilir. Layihənin tərəfdaşları “VVD İnternational”, “Beynəlxalq Respublika İnstitutu” (IRI), Gürcüstan Universiteti və “Qirçi – daha Çox Azadlıq”dır. İctimaiyyətə açıqlanan məlumata görə, düşərgə dörd əsas sahəni əhatə edir - siyasət, iqtisadiyyat, hüquq və təbliğat/dezinformasiya ilə mübarizə.