Marneulidə iti döyərək öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İti öldürməkdə təqsirləndirilən Marneulinin Qaçağan kəndi sakini Arif Göyüşov barəsində həbs qətimkan tədbiri seçilib. Prokurorluqdan verilən məlumata görə, istintaq nəticəsində müəyyən edilib ki, dekabrın 6-da təqsirləndirilən şəxs Qaçağan kəndində iti dəyənəklə şiddətli şəkildə döyüb, bundan sonra heyvan tələf olub.

Saxlanılan şəxsə qarşı Cinayət Məcəlləsinin 259-cu maddəsinin 3-cü hissəsi - heyvana işgəncə vermə, onun ölümünə səbəb olan amansız rəftar və ya digər zorakılıq hərəkətləri ilə ittiham irəli sürülüb. Cinayət bir ildən dörd ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İtin döyülməsini əks etdirən video sosial şəbəkələrdə yayılıb. Heyvan müdafiəçiləri hadisəyə etiraz etmək üçün həmin gün Marneuliyə gələrək polisdən zorakılıq edənin saxlanılmasını tələb ediblər. Yanvarın 9-da polis təqsirləndirilən şəxsi saxlayıb.

Təqsirləndirilən şəxsin vəkili Süleyman İsmayılovun sözlərinə görə, müdafiə etdiyi şəxs cinayəti etiraf etmir.

“İtin öldüyünü deyirlər, lakin sübut yoxdur. İt sağdır və hazırda kənddə gəzir. Bu adam səbəbsiz həbs edilib. Nə polisə tərcüməçi gətiriblər, nə də vəkillə əlaqə saxlamağa imkan veriblər. Onu yalnız video kadr əsasında həbs ediblər”, - vəkil qeyd edir.

Prokurorluqdan verilən məlumata görə, heyvanlara qarşı amansızlıqla törədilmiş cinayətlərə görə sərt cinayət-hüquq siyasəti həyata keçirilir - prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əlavə edilməsi nəzərdə tutulan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanıb və bunun əsasında heyvanlara işgəncə və heyvanlara qarşı amansızlıq cinayətlərinə görə cəza sərtləşdirilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur