Marneulidə taksi sürücüsünü qaçırıaraq öldürüb və çay kənarında basdırıblar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Marneuli bələdiyyəsinin Qırıxlı kəndində 22 və 17 yaşlı qardaşlar 54 yaşlı Şota Lorianı qrup halında qətlə yetirməkdə təqsirli bilinərək saxlanılıblar. Polis cinayətdə iştirak edən daha bir şəxsin yerini müəyyən etməyə çalışır.

Qətl mayın 20-də baş verib. Hüquq-mühafizə orqanları istintaqa taksi sürücüsünün ailə üzvləri onun itkin düşməsi ilə bağlı polisə müraciət etdikdən sonra başlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, N.A., A.A. və onları müşaiyət edən daha bir şəxs taksi ilə Tbilisidən Marneuliyə gedərkən, nəqliyyat vasitəsini mənimsəmək və maddi fayda əldə etmək məqsədilə taksi sürücüsünü öldürməyə qəsd ediblər. Təqsirləndirilən şəxslər onun avtomobilini saxlayıb və bundan sonra onu öldürüblər.

“İzləri gizlətmək üçün öldürülən şəxsin cəsədi Kvemo Kartli bələdiyyəsindəki çaylardan birinin sahilində basdırıblar. Təqsirləndirilən şəxslər qanunsuz mənimsədikləri avtomobillə Marneuli bələdiyyəsindəki evinə və oradaca yerləşən öz avto-təmir sexlərinə gedərək izlərini gizlətmək məqsədilə sözügedən avtomobili hissələrə ayırmağa başlayıblar", - Daxili İşlər Nazirliyindən bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” bəndi, qrup halında qəsdən adam öldürmə maddəsi ilə istintaq aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur