Martın 29-dan aprelin 2-dək Gürcüstan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir. Martın 29-u gecə saatlarında Qara Dəniz sahillərində və Quriya-Sameqrelo bölgəsinin bəzi ərazilərində, günün ikinci yarısından etibarən isə ölkənin əksər rayonlarında çox güclü qərb küləyinin əsəcəyi, dağlıq bölgələrdə çovğun olacağı, dənizdə isə 4-5 bal gücündə fırtına olacağı gözlənilir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Martın 30-dan aprelin 2-dək hava temperaturu xeyli aşağı düşəcək. Martın 31-i və aprelin 1-i gecə saatlarında düzənliklərdə və yaylaqlarda mənfi temperatur qeydə alına bilər. Martın 30-dan aprelin 1-dək bəzi yerlərdə yağıntının güclü olacağı, yüksək dağlıq ərazilərdə qar şəklində yağacağı, bəzi rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.
Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində qar uçqunlarının əmələ gəlməsinə və sürüşmə proseslərinin başlanmasına, aktivləşməsinə səbəb ola bilər.
Gözlənilən güclü külək binaların damlarına, elektrik xətlərinə, ağaclara və digər infrastruktur obyektlərinə ziyan vura bilər.
Mənfi hava temperaturu və güclü külək çiçəkləmə mərhələsində olan meyvə ağaclarına mənfi təsir göstərəcək.