Laboratoriyada təsdiqlənmiş quduzluq hadisəsi ilə əlaqədar Martvildə veterinar karantin elan edilib. Müvafiq fərmanı Sameqrelo-Zemo Svanetinin dövlət qubernatoru Qiorqi Ququchia bu gün Milli Qida Agentliyinin müraciəti əsasında verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Xəstəliyin yayılma mərkəzindən 10 kilometr radiusda yerləşən Martvili şəhərində karantin elan edilib. Sərəncama əsasən, quduzluq üçün təhlükəli olan zonada 2-3 kilometr radiusda (əvvəlki peyvəndin vaxtından asılı olmayaraq) heyvanların peyvəndlənməsi həyata keçiriləcək.
Peyvənd edilmiş heyvan peyvənd edildikdən sonra 60 gün ərzində təcrid olunmalıdır. Karantin dövründə itləri küçəyə çıxarmaq da qadağan edilir. Quduz və xəstəlik şübhəsi olan heyvanların sığınacaqları və orada yerləşən əşyalar dezinfeksiya ediləcək.
Karantin sonuncu quduzluq xəstəliyi aşkar edildikdən və müvafiq tədbirlər həyata keçirildikdən 60 gün sonra ləğv ediləcək.
Aprelin 24-də, Martvildə sahibsiz it bir neçə nəfəri dişləyib. Heyvan müşahidə üçün Ozurgeti heyvan sığınacağına aparılıb və iki gün ərzində ölüb. Laboratoriya tədqiqatları quduzluğu təsdiqləyib.
Milli Xəstəliklərə Nəzarət Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölgəsi üzrə nümayəndəsi Anzor Kobaliya bildirib ki, it tərəfindən dişlənilən 22 nəfərdən 20-si quduzluğa qarşı peyvəndin tam kursundan keçib, biri isə peyvəndin birinci dozasından sonra müalicəni davam etdirməkdən imtina edib. Digər vətəndaşı hələlik tapmaq mümkün olmayıb.
Bir ay əvvəl Ambrolauri bələdiyyəsində 3 it quduzluğuna yoluxma halı aşkar edilib.
Quduzluq beyin və onurğa beyninə zərər verən viral zoonoz yoluxucu xəstəlikdir. İnfeksiya quduzlu heyvanın dişləməsi, cızması və seliyini bulaşdırması nəticəsində baş verir. Yoluxma həmçinin ağız, burun, gözün selikli qişasına və zədələnmiş dəriyə xəstə heyvanın tüpürcəyinin düşməsi səbəbilə də baş verə bilər.
Quduzluğa yoluxmuş heyvanda davranış dəyişikliyi və nadinclik müşahidə olunur - yeməkdən və sudan imtina edir, süzülür, yad cisimləri, heyvanları və insanları (hətta öz sahibini belə) dişləyir. Heyvanın həddindən artıq həssas olduğu, hırıltı müşahidə edildiyi, səs-küylü hürməsinin olduğu hallar olur.
Quduzluğun kliniki əlamətləri olan heyvan insanı dişləyər, cızar və ya seliyini bulaşdırarsa, yaranı dərhal sabun və su ilə yumaq, sonra həkim-rabioloqa müraciət etmək lazımdır. Yoluxma zamanı insanın xilas edilməsinin yeganə yolu vaxtında peyvədlənmədir.