Britaniyanın məşhur “Massive Attack” qrupunun iyulun sonunda Gürcüstanda keçirilməsi planlaşdırılan konserti qrupun qərarı ilə ləğv edilib. Musiqiçilər səbəb kimi “xarici agentlər” haqqında rus qanuna görə ölkədə inkişaf edən hadisələri gətirirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan hökumətinin əsas insan haqlarına hücumu ilə əlaqədar iyulun 28-də Gürcüstanda keçirilməli olan konsertimizi ləğv etmək qərarına gəldik.
Bu gün dövlətə məxsus “Black Sea Arena”da nümayiş dinc etirazların və vətəndaş cəmiyyətinin zorakılıqla repressiya edilməsinə bəraət qazandırmaq kimi çıxa bilər. Dinc nümayişçilərə, mülki fəallara və hökumət əleyhdarlarına qarşı döyülmə, həbslər, təhdidlər və zorakılıq, vətəndaş cəmiyyətini nüfuzdan salan və “LGBT” hüquqlarını inkar edən qanunlar bizim müdafiə etdiyimiz hər şeyə ziddir.
Biz Gürcüstanda hökumətin zorakılığı ilə üzləşən dinc etirazçılarla həmrəyik və inanırıq ki, onların səsi eşidilməli və onların acınacaqlı vəziyyəti beynəlxalq diqqətə çatdırılmalıdır. Biz qayıdıb özümüzü sizə Azadlıqda təqdim edəcəyik. #etirazıqoru”, - “Massive Attack”ın bəyanatında deyilir.
Britaniya qrupunun konserti hökumətin “Starring Georgia” layihəsi çərçivəsində baş tutmalı idi. Aprelin 25-də biletlər satışa çıxarıldıqdan sonra Gürcüstan vətəndaşları sosial şəbəkələrdə “Massive Attack” üzvlərinə müraciət edərək aksiyada olan gənclərlə həmrəylik ifadə etmələrini və Gürcüstana gəlmək qərarlarına yenidən baxmalarını xahiş ediblər. "Utanc" hərəkatı qrupa bəyanatla müraciət edib: “Biz bilirik ki, “Massive Attack” qrupu ədalət, ifadə azadlığı, vətəndaş fəallığı və azlıqların hüquqlarının tərəfdarıdır. Odur ki, Gürcüstandakı narahatedici siyasi vəziyyətlə tanış olun. Ümid edirik ki, siz bu məsələni nəzərdən keçirəcək və öz mülahizəniz əsasında hərəkət edəcəksiniz. Ən azından bu antidemokratik hərəkətlərə səhnədən münasibət bildirəcəyinizə ümid edirik”.
“Black Sea Arena” dinləyicilərə bilet pulunu qaytaracaq.