May ayında ən çox pul köçürmələri İtaliyadan daxil olub, Rusiya ikinci, ABŞ üçüncü yerdədir

2024-cü ilin may ayında ölkəyə pul köçürmələrinin həcmi 284,3 milyon ABŞ dolları (772,3 milyon lari) təşkil edib ki, bu da 2023-cü ilin may ayının analoji göstəricisindən 27,1% (105,9 milyon ABŞ dolları) azdır.

Milli Bankın məlumatına görə, İtaliya pul köçürmələrinin həcminə görə birinci yerdədir və ötən ay oradan 48,12 milyon dollar köçürülüb. Bu, köçürmələrin ümumi həcminin 16,93%-ni təşkil edir. Ötən ilin may ayı ilə müqayisədə İtaliyadan köçürülən məbləğ 7,74% artıb.

Pul köçürmələrinin statistikasında Rusiya ikinci yerə geriləyib. Rusiyadan 48,11 milyon dollar, yəni pul köçürmələrinin ümumi həcminin 16,92%-i daxil olub ki, bu da 2023-cü ilin may ayı ilə müqayisədə 69,50% azdır. Ukraynada müharibə başlayandan və Rusiya vətəndaşlarının kütləvi şəkildə Gürcüstana gəlişindən sonra pul köçürmələrinin həcminə görə Rusiya liderlik edirdi. Pik 2022-ci ilin dekabrında qeydə alınıb - bir ay ərzində 317,3 milyon dollar köçürülüb.

Üçüncü yerdə may ayında 47,22 milyon dolların köçürülüyü Amerika Birləşmiş Ştatlarıdır. Bu, pul köçürmələrinin ümumi həcminin 16,61 %-i təşkil edir və ötən ilin may ayı üzrə köçürmələrdən 22,10% çoxdur.

May ayında ən çox məblğin köçürüldüyü ölkələr:

  • İtaliya - 48,12 milyon dollar
  • Rusiya - 48,11 milyon dollar
  • ABŞ - 47,22 milyon dollar
  • Yunanıstan - 22 milyon dollar
  • İsrail - 21,78 milyon dollar
  • Almaniya - 21,73 milyon dollar
  • Qazaxıstan - 11,34 milyon dollar
  • Türkiyə - 8,63 milyon dollar
  • İspaniya - 5,64 milyon dollar
  • İrlandiya - 5,32 milyon dollar
  • Fransa - 4,9 milyon dollar
  • Qırğızıstan - 4,72 milyon dollar
  • Azərbaycan - 4,03 milyon dollar
  • Böyük Britaniya - 3,66 milyon dollar
  • Polşa - 3,02 milyon dollar
  • Kanada - 23 milyon dollar

May ayında Gürcüstandan xaricə 30,1 milyon dollar (81,9 milyon lari) köçürülüb ki, bu da 2023-cü ilin may ayının analoji göstəricisindən (31,2 milyon ABŞ dolları) 3,5% azdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur