Parlamentin Hüquq Məsələləri Komitəsi, mayın 27-i səhər saat 9-da “xarici agentlər” rus qanununa prezidentin qoyduğu vetonun aşılması müzakirə olunacaq. Komitə iclasının gündəliyinə ümumilikdə 10 məsələ daxildir, prezidentin vetosu gündəlikdə birincidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu dəfə də onlayn media parlamentə buraxılmayacaq. Mayın 27-dən onun götürülməsinə qədər Gürcüstanın parlament sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb. Parlament tədbirləri başa çatana qədər binaya yalnız akkreditasiyadan keçmiş yayımçılar buraxılacaq.
“Gürcüstan Parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstanın Parlament Sarayında təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il mayın 27-dən ləğv edilənədək, Gürcüstanın Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq - ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.
Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə və plenar iclaslarına) yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq.
Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan üçdən artıq akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək.
Sözügedən tədbirin keçirilməsində məqsəd Gürcüstanın Parlament Sarayında təhlükəsiz iş mühitinin təmin edilməsidir”, - parlament aparatının bəyanatında deyilir.
Aprelin 15-dən, “Gürcü Arzusu” tərəfindən “xarici agentlər” haqqında rus qanunu təkrardan təqdim edildikdən sonra Gürcüstan parlamentinə onlayn media buraxılmır.
2024-cü ilin aprelin 16-da parlament sədri Şalva Papuaşvili onlayn nəşrlərin jurnalistlərinin Gürcüstan parlamentinə buraxılmamasının səbəb kimi, onların mümkün vətəndaş mövqeyini və etirazını açıqlayıb.
Aprelin 16-da “Publika”, “Mediachecker”, “Gürcüstan Xəbərləri/Dağ Xəbərləri”, Studio “Monitor” və “Netgazeti” nəşrlərinin redaktorları Xalq Müdafiəçisinə şikayətlə müraciət edərək ayrı-seçkiliyin müəyyən edilərək aradan qaldırılmasını tələb ediblər. Xalq Müdafiəçisi şikayətlə bağlı hələ ki, qərar verməyib.
Onlayn nəşrlərin redaktorları hesab edirlər ki, onlar fərqli fikrə görə ayrı-seçkiliyə məruz qalırlar.
“Hökumətin narativindən fərqli mövqe və baxışlarımıza görə Parlament tərəfindən bizə fərqli münasibət bəslənilir və təqiblər edilir. Rus qanunu ilk növbədə bizə şamil olunur və bizi məhv etməyə hesablanıb. Məhz onlayn media “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini “rus qanunu” adlandırıb.
Biz bunu tənqidi şəkildə işıqlandırırıq və ictimaiyyətə bu qanun layihəsinin təhlükələri barədə obyektiv məlumat veririk”, - deyə Xalq Müdafiəçisinə təqdim olunan şikayətdə deyilir.
Gürcüstan parlamenti “xarici agentlər” haqqında rus qanununu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” mayın 27-28-də prezidentin qanuna qoyduğu vetonu aşmağı planlaşdırır.