Çxorotsku bələdiyyəsinin İdman və Gənclərlə İş üzrə Şöbəsinin keçmiş rəhbəri Edem Kvaratsxelia mer Dato Qoquaya hücum etməkdə ittiham edilərək saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Edem Kvaratsxelia həbsindən bir neçə gün əvvəl həm merlə fiziki qarşıdurmanı, həm də münaqişənin səbəbinin onun işdən çıxarılması ilə bağlı olması barədə məlumatları təkzib edib.
“Biz dostuq, komanda yoldaşıyıq. Anlaşılmazlıq var və hər şey yoluna qoyulacaq. Heç bir səbəb olmadan işə qayıtmalıyam, ediləsi çox işim var və hər şeyi çox yaxşıca edəcəm. Elə oldu ki, məni işdən çıxardılar və bununla əlaqədar bu gün şikayət etmişəm. Görək nə alınır”, - deyə keçmiş məmur bildirib.
“Gürcü Arzusu”nun üzvü olan Dato Qoqua hadisə ilə bağlı açıqlama verməyib.
Ede Kvaratsxeliaya qarşı cinayət işi əvvəlcə 126-cı, zorakılıq maddəsi ilə başlansa da, sonradan 353-cü maddə ilə tövsif edilib ki, bu da hakimiyyət nümayəndəsinə qarşı müqavimət, hədə və ya zorakılığı nəzərdə tutur.
2014-cü ildən Edem Kvaratsxelia əvvəlcə Çxorotsku administrasiyasında, sonra isə meriyada İdman və Gənclərlə İş üzrə şöbənin müdiri olub. Müxalifətin məlumatına görə, o, təxminən bir ay yarım əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb.