Gürcüstan Hava Limanları İttifaqı daxili uçuşların subsidiyalaşdırılması üçün dövlət büdcəsindən 23 milyon lari xərcləyəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Tbilisi-Batumi-Tbilisi reysində bir oturacağı təxminən 115 dollarla maliyyələşdirəcək. İki il ərzində 26560 oturacağın birgə maliyyələşdirilməsi nəzərdə tutulub. Hər bir sərnişin ən azı 15 kiloqramlıq baqaj götürə bilər. Uçuş 40 nəfərlik təyyarə ilə həyata keçirilməlidir. Hava Limanları İttifaqı bu şərtlər altında müvafiq xidmət göstərəcək bir aviaşirkət axtarır. 8 milyon dollarlıq tender çərçivəsində təkliflərin qəbulu mayın 7-də başa çatır.
İkinci, 15 milyonluq tenderə gəlincə, burada 11 istiqamət üzrə daxili reyslər birgə maliyyələşdiriləcək.
Telavi-Batumi-Telavi, Tbilisi-Ambrolauri-Tbilisi, Tbilisi-Kutaisi-Tbilisi, Telavi-Kutaisi-Telavi, Telavi-Ambrolauri-Telavi, Telavi-Tbilisi-Telavi istiqamətlərində ən azı 40 sərnişin tutumlu təyyarələr uçmalıdır. Mestia-Batumi-Mestia, Mestia-Kutaisi-Mestia, Mestia-Tbilisi-Mestia, Mestia-Ambrolauri-Mestia istiqamətlərində isə ən azı 15 sərnişin tutumlu təyyarələr uçacaq. Bir il ərzində 47760 sərnişin oturacağının birgə maliyyələşdirilməsi planlaşdırılır.
Hökumət aviareysi Tbilisi-Telavi-Tbilisi istiqamətində 50 dollar, Telavi-Batumi-Telavi istiqamətində 129 dollar, Telavi-Mestia-Telavi istiqamətində 187 dollarla maliyyələşdirəcək.
Sərnişinlər bu marşrutlarda da ən azı 15 kiloqram əl çantası daşıya biləcəklər. Tenderlərin qəbulu üçün son tarix mayın 7-dir. Telavi hava limanından uçuşlar istisna olmaqla, uçuşlar tenderdə qalib gələn şirkətlə müqavilə imzalandıqdan bir ay sonra başlamalıdır. Telavi hava limanı hələ fəaliyyət göstərmir. Yeni terminalın dizaynı üzrə tender fevral ayında başa çatıb və uçuşların 2025-ci ildə başlanması gözlənilir.
Hazırda üç istiqamətdə daxili reyslərimiz var. Nataxtari-Mestiya biletinin qiyməti 90 lari, Nataxtari-Ambrolauri 50 lari, Mestia-Kutaisi 50 lari təşkil edir. İllərdir daxili aviasiyada monopolist olan “Ak-Air” şirkəti bu uçuşları Nataxtri Hava Limanından həyata keçirir. Nataxtri hava limanı yeni tenderlərə daxil deyil.
Tbilisi-Batumi istiqamətində aviabiletin qiyməti 125 laridir. Ötən ilin sonuna kimi uçuşlar “Georgian Wings” tərəfindən həyata keçirilirdi.
Aviabiletlərin qiymətini münasib etmək və daxili turizmi inkişaf etdirmək üçün dövlət 2014-cü ildən daxili reyslərə subsidiya verir.
İqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görə, Svanetidə də yeni, müasir terminalın tikintisi planlaşdırılır. “Mestia daha yaxşı turizm infrastrukturuna ehtiyac duyur ki, daha çox turist Gürcüstanın bu gözəl bölgəsini ziyarət edə bilsin. Artıq daxili resurslar ayrılıb ki, 2025-ci ildə Mestiada da yenilənmiş infrastrukturumuz olsun”, - nazir aprelin 3-də parlamentdə çıxışı zamanı bildirib.
Mestiadakı Çar Tamarın adını daşıyan hava limanı 2010-cu ildə açılıb və dünyanın qeyri-adi dizaynı olan ən gözəl on hava limanı siyahısına daxil edilib. Siyahını Britaniyanın “BBC” yayım şirkəti hazırlayıb.