13 şirkətin iştirak etdiyi Telavi hava limanının yeni terminalının dizaynı üçün elan edilmiş müsabiqə başa çatıb. Qalib “Xmaladze Arxitektorları” MMC elan edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Fevralın 16-da Gürcüstan Hava Limanları Assosiasiyası ilə imzalanmış müqaviləyə əsasən, qalib şirkət ən geci 3 ay ərzində yeni aeroport terminalının tikintisi layihəsini hazırlamalıdır. Müqavilənin dəyəri 349 280 laridir.
Texniki tapşırığa uyğun olaraq terminal binası funksional olaraq aşağıdakı məkanlardan ibarət olmalıdır: gözləmə zalı, qeydiyyat zonası, minik və yola salınma zalları, baqajın verilməsi və qəbulu zonaları, mühafizəyə nəzarət zonası, gömrük və sərhəd yoxlama zonası, yüksək səviyyəli müstəqil xidmət (VIP) zonası və ofis sahələri. Qida və ticarət obyektləri terminalın gözləmə zalında yerləşməlidir.
Terminalın təxmini ümumi sahəsi 1500-2000 kv.m olmalıdır və bir saat ərzində cəmdə 150 sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulmalıdır. Qalib şirkət həmçinin 60 avtomobil üçün nəzərdə tutulmuş parkinqin yerləşəcəyi terminalın ətrafını (təxminən 10 000 m2) layihələndirməlidir.
“Xmaladze Arxitektorları” MMC-nin müsabiqədə təqdim etdiyi konsepsiyaya əsasən, terminalın sahəsi 1770 kv.m-dir, hündürlüyü isə 7 metrdir. Binanın şimal fasadı istiqamətində Qafqaz silsiləsi mənzərəsi görünür.
“Bizim planımız turist axınının və mobilliyin artımını stimullaşdırmaq üçün Telavinin yeni daxili hava limanını ölkəmizin bütün beynəlxalq və daxili hava limanları ilə birləşdirməkdir. Yeni terminal 200 mindən çox sərnişin tutumuna malik olacaq. Biz həmçinin yeni uçuş-enmə zolağı tikəcəyik”, - deyə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivişvili bildirib.
Telavi hava limanının tikintisinin dəqiq nə vaxt başlanacağı və bitəcəyi hələlik məlum deyil.
Talavidə yeni hava limanının tikintisini keçmiş baş nazir İrakli Ğaribaşvili 2023-cü ilin sentyabrında elan etmişdi. Onun sözlərinə görə, hava limanı ilk sərnişinləri 2024-cü ilin may-iyun aylarında qəbul etməli idi. Layihənin təxmini dəyəri 25-30 milyon lari təşkil edir.
2018-ci ildə keçmiş baş nazir Qiorqi Kvirikaşvili də Kaxetidə hava limanına ehtiyacdan danışmışdı.
Hazırda Gürcüstanda 5 hava limanı fəaliyyət göstərir: Tbilisi, Kutaisi və Batumi beynəlxalq hava limanları, həmçinin Mestia və Ambrolauri hava limanları.