Miller: “Oçneba”nın hərəkətləri iqtisadi təhlükəsizliyi və Aİ üzvlüyünü təhdid edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bugünkü brifinqə Gürcüstan parlamentinin qərarını dəyərləndirməklə başlayıb. ABŞ, prezidentin “xarici agentlər” haqqında rus qanununa qoyduğu vetonun aşılmasını pisləyir.

“Bu gün Gürcüstan parlamenti Avropa normalarına uyğun olmayan antidemokratik xarici təsir haqqında qanun layihəsinə Gürcüstan prezidentinin qoyduğu vetonun ləğvini dəstəklədi və faktiki olaraq qanun layihəsini qanuna çevirdi. Birləşmiş Ştatlar bu hərəkəti pisləyir.

Hakim “Gürcü Arzusu” partiyası bu qanunu qəbul etməklə ölkəni Avropaya inteqrasiya yolundan daha da uzaqlaşdırdı və həftələrdir bu qanuna qarşı küçələrə çıxan gürcü xalqının Avroatlantik istəklərinə məhəl qoymadı.

“Gürcü Arzusu” Avropa Şurasının Venesiya Komissiyasının bu qanunun vətəndaş cəmiyyətinin və medianın damğalanmasına gətirib çıxaracağı, fundamental azadlıqları məhdudlaşdıracağı ilə bağlı verdiyi hüquqi qiymətə, eləcə də Gürcüstanın ən yaxın tərəfdaşlarının müraciətlərinə məhəl qoymadı.

Hakim partiyanın hərəkətləri və anti-Qərb ritorikası Gürcüstanın demokratik trayektoriyasını, gələcək iqtisadi təhlükəsizliyini və Aİ üzvlüyünü təhdid edir və ABŞ-Gürcüstan münasibətlərini risk altında qoyur.

Keçən həftə Dövlət Katibi Blinken bəyan etdi ki, Gürcüstanda demokratik proseslərə və institutlara xələl gətirən hər kəs, eləcə də onların ailə üzvlərinin ABŞ-a səyahətini istisna edən yeni siyasətə əsasən ABŞ vizası ala bilməyəcək. Bundan əlavə, Birləşmiş Ştatlar ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıb.

Ötən həftə dövlət katibi də qərar qəbul edərkən “Gürcü Arzusu”nun hərəkətlərini nəzərə alacağını dedi.

Amerika Birləşmiş Ştatları gürcü xalqının yanında olmağa davam edir, çünki onlar Qərb və demokratik gələcək naminə çalışırlar. Təəssüf ki, Gürcüstan liderləri gürcü xalqının istəklərinə baxmayaraq, qərb istiqamətində irəliləmək üçün addımlar atmaqdan imtina etməyi seçdilər”, - Metyu Miller bildirib.

Bu gün, mayın 28-də Gürcüstan parlamenti prezidentin rus qanununa qoyduğu vetonu aşaraq, nəhayət, 84 səslə onu təsdiqləyib. “Gürcü Arzusu”nun deputatları polis və xüsusi təyinatlıların köməyi ilə qanunverici orqanı tərk ediblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur