“Vahid Milli Hərəkat”ının iqtisadiyyatxidmətinin əməkdaşı, Davit Osikmaşvili yaşadığı evin yaxınlığında naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və döyülüb. Bu barədə məlumatı, partiya sədri Levan Xabeişvili və Tbilisi Şəhər Şurasındakı fraksiya rəhbəri İrakli Nadiradze yayıb. Nadiradzenin sözlərinə görə, Davit Osikmaşvili “Vivamed” klinikasında cərrahi əməliyyat keçirməli olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bildiyimə görə, onun burnu sınıb və beyni silkələnməsi var. Ola bilər ki, onun üz sümükləri də sınmış olsun. Bu şəxs “Vahid Milli Hərəkat”ın iqtisadiyyat əməkdaşı, o cümlədən, mitinqlərin, aksiyaların, müxtəlif təşkilati məsələlərin təşkilatçılarından biridir.
Partiya ofisindən evə qayıdarkən, evə çatanda maşını saxlayıb və girişə daxil olarkən bir saatdır onu gözləyən iki nəfər arxadan ona hücum edib. Bunun çoxlu şahidləri var. Başına vurublar, yıxıblar, heç bir söz demədən amansızcasına döyüb, qaçıblar”, - deyə Nadiradze “Pirveli” televşirkətinin efirində bildirib.
İrakli Nadiradzenin sözlərinə görə, Davit Osikmaşvili hesablaşmanı, onun siyasi və partiya fəaliyyəti ilə əlaqələndirir.
“Bu şəxsin heç kimlə münaqişəsi olmayıb. Bu fakt haqqında, məhz “Formula” telekanalının təsisçilərindən olan Mişa Mşvildadzeyə də hücum olunmasından sonra öyrəndik. Birə-bir əl yazısıdır. Putinistlər Rusiyada jurnalistlərə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, partiyalara hücum edəndə özlərini məhz belə aparırlar. Bu, məqsədyönlü kampaniyadır - onlar bilirlər ki, artıq xalqın dəstəyi yoxdur və onlar yalnız təhdidlərə, zorakılıqlara və təhdidlərə ümid edirlər”, - Nadiradze bildirib.
İyunun 27-də, Tbilisidə “Formula” televiziyasının təsisçilərindən və aparıcılarından biri, Mişa Mşvildadzeyə hücum olunub. Hər iki faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə araşdırma başlayıb.