Moskva vilayətində “Sukhoi Superjet 100” təyyarəsinin qəzaya uğraması nəticəsində 3 pilot həlak olub. Təyyarədə sərnişin olmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya mətbuatı xəbər verir ki, təyyarə “Qazprom” dövlət korporasiyasına məxsus olub və təmir işləri apardıqdan sonra sınaq uçuşu həyata keçirirmiş. Qəzaya uğrayan “Sukhoi Superjet 100” təyyarəsi on il əvvəl 2014-cü ildə buraxılıb.
İstintaq komitəsi tərəfindən hava nəqliyyatında təhlükəsizlik və ya istismar qaydalarının pozulması faktı üzrə cinayət işi başlanıb. Versiyalardan birinə görə, təyyarənin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.
“Sukhoi Superjet 100” Rusiya sərnişin təyyarəsidir. “Azimut” və “Red Wings” aviaşirkətləri bu təyyarə ilə Rusiya və Gürcüstan arasında uçuşlar həyata keçirir.
Hazırda “Red Wings” in donanmasında 20 “Sukhoi Superjet 100” var. Şirkətin saytında dərc olunan məlumata görə, hər biri texniki tələblərə və beynəlxalq təhlükəsizlik standartlarına cavab verir. “Azimut” da 20 “Superjet 100”ə sahibdir.
Bu, “Sukhoi Superjet 100” təyyarəsinin ilk dəfə qəzaya uğraması halı deyil. 2019-cu ilin may ayında bu “Aeroflot” təyyarəsi Moskvadan Murmanska uçarkən havaya qalxdıqdan yarım saat sonra Şeremetyevo hava limanına qayıtmalı olub. Eniş zamanı alışıb. Təyyarədə 78 nəfər olub, onlardan 41-i həlak olub.