“Naməlum” (Qiorqi Qaçeçiladze) Gürcüstanın milli qəhrəmanı Qiorqi Antsuxelidzenin oğlunun şəklindən icazəsiz olaraq aprelin 30-da keçirilməsi planlaşdrılan “Müharibəyə yox – Ölkəmizə sülh” aksiyası üçün istifadə edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“2008-ci ilin avqust müharibəsindən 15 il keçir. Bu müharibədə iştirak edən əsgərlərimiz vətənlərini, ləyaqətlərini, azadlıqlarını özhəyatları bahasına qoruyurdular. Bu, həyat yoldaşımın şərəflə yerinə yetirdiyi əsgər borcudur. Şəxsi faciəmə baxmayaraq, mən heç vaxt düşünməmişəm ki, Qiorqi sağ olsaydı və ölkəsinin yenidən onun həyatına ehtiyacı olsaydı, başqa cür davrana bilərdi və ya bu gün davranardı. Giorgi Antsuxelidze mənim üçün təkcə ailə üzvü deyil, o, mənim üçün, eləcə də bir çox gürcü üçün ölkəni necə sevməli olmanın nümunəsidir. Bu cür nümunələr tariximizi, milli kimliyimizi, öhdəliklərimizi formalaşdırır.
Həyat yoldaşımın statusuna görə, maksimum şəkildə çalışıram ki, müxtəlif mövzularda öz subyektiv fikirlərimi ictimai şəkildə mümkün qədər az bildirim və yalnız cəmiyyətimiz üçün ortaq, faydalı məqsədlərə, dəyərlərə, zəruri prinsiplərə toxunan məsələlər haqqında fikir bildirim. Mən öz mövqelərimlə şərhə yer qoymayacaq, heç bir ictimai, siyasi qrupun gündəliyi ilə üst-üstə düşməyəcək fikirlər söyləməyə çalışıram.
Hesab edirəm ki, üstəlik, kimsə mənim azyaşlı övladlarımı, hətta dolayı yolla belə olsa, onların xəbəri olmadan hər hansı siyasi gündəmə cəlb etməsi məqsədəuyğun deyil. Aksiyalarda və aksiya çağırışlarında şəxsən övladlarımın şəkillərindən istifadə edilməsini düzgün hesab etmirəm.
Bu gün onların bütün faktlara və fikirlərə qarşı öz baxışları yoxdur və ola da bilməz. Ona görə də mənim öhdəliyim onların özləri müxtəlif mövzularda qərar vermək və mövqelərini bildirmək üçün daha yaxşı bir imkan əldə edənədək onları başqalarının fikirlərindən uzaqlaşdırmaqdır.
Xahiş edirəm uşaqların hüquqlarını və mənim münasibətimi nəzərə alın. Ümid edirəm ki, bu ictimai xahiş konkret faktların və insanların adlarını çəkmədən, lüzumsuz müzakirələr aparılmadan öz ünvanına çatacaq”, - Qiorqi Antsuxelidzenin həyat yoldaşı Maka Çikviladze sosial şəbəkədə yazıb.
Hazırda “Naməlum”un facebook səhifəsində qeyd olunan foto artıq yoxdur.
Aprelin 30-u saat 18:00-da “Müharibəyə yox – Ğlkəmizə sülh” aksiyası keçiriləcək, onun təşkilatçıları “Gürcü Arzusu”nun fəal tərəfdarları və təbliğatçıları - Qiorqi Qaçeçiladze, Lali Moroşkina, Davit Okitaşvili və başqalarıdır.
Sözügedən aksiya Tbilisidə çoxminlik etiraz aksiyaları və misli görünməmiş beynəlxalq reaksiya nəticəsində “Gürcü Arzusu”nun “agentlər haqqında” rus qanunundan imtina etməsindən sonra elan edilib.