Daxili İşlər Nazirliyinin bəyanatına görə, Baş Prokurorluqla birgə keçirdikləri kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin sxemi açılıb. İndiki mərhələdə transmilli mütəşəkkil cinayətkar dəstənin 22 üzvü həbs edilərək məsuliyyətə cəlb olunub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadzenin sözlərinə görə, həbs edilən və məsuliyyətə cəlb olunan şəxslər arasında Gürcüstan vətəndaşları ilə yanaşı, Bolqarıstan və Türkiyə vətəndaşları da var.
“Davam edən istintaq çərçivəsində, cari ilin iyulun 18-də Acarada polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində mütəşəkkil cinayətkar dəstədən olan 3 rəhbər şəxsə qiyabi ittiham irəli sürülüb.
Bundan başqa, hakimin qərarı ilə 3 nəfər həbs edilib: Gürcüstan vətəndaşları və cari vəkillər - 1984-cü il təvəllüdlü M.Z. və 1986-cı il təvəllüdlü A.P., həmçinin Türkiyə vətəndaşı 1971-ci il təvəllüdlü M.Ç.
Saxlanılan vəkillər sözügedən qrupun istifadə etdiyi bank hesablarını idarə edən mütəşəkkil cinayətkar qrupun üzvləridir. Onlar pulun mənşəyini gizlətmək məqsədilə həmin vəsaiti xarici valyutaya çevirərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin hesablarına keçiriblər.
Cinayət sxemində iştirak edən şəxslər qanunsuz olaraq Gürcüstana külli miqdarda narkotik vasitələr: "Heroin", "Kokain", "Buprenorfin", "Metadon", "Metamfetamin", "Amfetamin" və "Mdma" gətiriblər.
Təqsirləndirilən şəxslər narkotik maddələri daha sonra satışa çıxarmaq üçün qiymətləndirir və eyni adlı "yerləşdirmə" üsulu ilə müxtəlif yerlərdə yerləşdirir və narkotik vasitələrin satışından əldə etdikləri pulları yuyurmuşlar”, - Teymuraz Kupatadze prokurorluğun nümayəndələri ilə birgə keçirdiyi brifinqdə bildirib.
Prokurorluğun məlumatına görə, 2021-2023-cü illərdə narkotik vasitələrin alqı-satqısı nəticəsində mütəşəkkil qrup tərəfindən açılmış gürcü bank hesablarına, əsasən sürətli ödəniş avtomatları vasitəsilə, narkotik vasitəsi alıcıları minlərlə tranzaksiya formasında, ümumilikdə 15 233 071 lari, 2 577 004 ABŞ dolları və 10 210 avro köçürüb.
İş materiallarına görə, qanunsuz gəlir bir neçə yolla leqallaşdırılıb:
- Pulun bir hissəsi vaxtaşırı “şəxsi köçürmə” təyinatı ilə Gürcüstanda narkotik vasitələrin yayılması ilə məşğul olan şəxslərə bağlı bank və onlayn totalizator hesablarına yatırılıb. 3 Türkiyə və 13 Gürcüstan vətəndaşı - eyni adlı "yerləşdiricilər"in bank hesablarına ümumilikdə 1 251 125 lari və 329 750 ABŞ dolları köçürülüb;
- Pulun böyük bir hissəsi vaxtaşırı, mənşəyini gizlətmək məqsədilə xarici valyutaya çevrilərək, ən kiçik zaman intervalında cinayətkar qrupun istifadə etdiyi digər hesablara, yalnız bundan sonra isə mütəşəkkil dəstəyə aidiyyəti olan aparıcı şəxslərin Türkiyənin bank qurumlarında açılan hesablarına köçürülüb. Yuxarıda təsvir olunan sxemə əsasən xaricə cəmi 2.039.542 ABŞ dolları və 531.986 funt sterlinq köçürülüb;
- Məbləğin bir hissəsi həmçinin, Gürcüstanda, həm də ölkədən kənarda bankomat vasitəsilə nağdlaşdırılan və ya hesabdan çıxarılan xarici valyutaya çevrilib. 2021-2023-cü illərdə sözügedən məbləğ cəmdə 740 502 lari, 560 173 ABŞ dolları və 162 124 avro təşkil edib. Saxlanılan həmin pulların Gürcüstanda nəğdləşdirilməsi və yığılmasını adıçəkilən 2 Gürcüstan vətəndaşı təmin edib. Müttəhimlər həmçinin pulun bir hissəsini sürətli pul köçürmələri vasitəsilə xaricə göndəriblər;
- Mütəşəkkil dəstə xaricdə daşınan-daşınmaz əmlak alırmış. Vaxtaşırı narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən pullar xarici valyutaya çevrilərək Kiprdə daşınmaz əmlak və avtomobil alveri ilə məşğul olan hüquqi şəxslərin hesablarına köçürülüb/ödənilib. Qeyd olunan formada və məqsədlə ümumilikdə 5 milyon 126 min 491 türk lirəsi, 67 min 257 funt sterlinq və 14 min 289 ABŞ dolları köçürülüb.
- Mütəşəkkil dəstə Gürcüstanda bir neçə hüquqi şəxs yaradıb və nağd pulun bir hissəsi MMC-lərdən birinin hesabına “təsisçi töhfəsi” kimi yerləşdirilib və daşınmaz əmlakın alınması üçün əvvəlcədən razılaşdırılmış qrafikə əsasən tikinti şirkətinin hesabına köçürülüb. Batumidə tikilməkdə olan üç yaşayış mənzilinin alınması üçün ümumilikdə 110 314 lari köçürülüb. Mütəşəkkil dəstənin üzvləri cinayət yolu ilə əldə etdikləri vəsaitlə Gürcüstanda şəxsi istifadə üçün 2 avtomobil alıblar
Faktla bağlı Cinayət Məcəlləsinin 260 və 194-cü maddələri ilə istintaq aparılır. Törədilmiş cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.