Tbilisi, Acara, Kaxeti və Quriya polis idarələrinin əməkdaşları son dövrdə narkotik cinayətləri ittihamı ilə 11 nəfəri həbs ediblər. Onlardan ikisi xarici ölkə vətəndaşıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1988-ci il təvəllüdlü Q.K., 1995-ci il təvəllüdlü E.M., 1984-cü il təvəllüdlü Q.T., 2000-ci il təvəllüdlü L.Ç., 1998-cu il təvəllüdlü M.P., 1999-cu il təvəllüdlü M.İ., 1969-cu il təvəllüdlü K.D., 1974-cü il təvəllüdlü Ş.Q., həmçinin xarici ölkə vətəndaşları: 1989-cu il təvəllüdlü A.Ç. və 1993-cü il təvəllüdlü A.Q.
“Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının keçirdikləri kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, xarici ölkə vətəndaşı A.C. “Telegram” adlı internet tətbiqində narkotik vasitələrin satış “mağazası”na sahib olub. Qeyd olunan tətbiq vasitəsilə narkotik vasitə olan “marixuana”nın satışı həyata keçirilib.
İstintaq çərçivəsində eyni iş üzrə A.C.-nin müttəfiqi - Q.K. - da saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış zamanı maddi sübut kimi narkotik vasitə olan “marixuana” və tərkibində narkotik vasitə olan “çətənə” bitkisi götürüblər.
Eyni zamanda, idarənin əməkdaşları tərəfindən saxlanılan E.M.-nin üzərində aparılan yoxlama zamanı külli miqdarda narkotik vasitə “heroin” və “marixuana” maddi sübut kimi götürülüb.
Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsi əməkdaşlarının müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tbilisi şəhərində təqsirləndirilən şəxslərin daha sonra satmaq üçün müxtəlif yerlərdə yerləşdirməyi planlaşdırdıqları 20 qutu “Alfa PVP” narkotik vasitəni dəlil kimi götürüblər.
Tbilisi Polis İdarəsinin Vake-Saburtalo baş bölməsi əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfəri - L.Ç. , M.P. və M.İ. - nin şəxsi axtarışı zamanı onların göstərdikləri müxtəlif yerlərdən də sübut kimi satış üçün hazırlanmış narkotik vasitə olan “marixuana” götürülüb.
Acara Polis İdarəsinin Xelvaçauri rayon şöbəsinin əməkdaşları tərəfindən Batumi şəhərində xarici vətəndaş A.Q.-nin mənzilində aparılan axtarış nəticəsində “marixuana” və xüsusilə özündə də külli miqdarda narkotik vasitə ehtiva edən “çətənə” bitkisi aşkar edilərək götürülüb. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs bitkini evdə təşkil olunmuş xüsusi istixanalarda becərib.
Kaxeti Polis İdarəsinin Saqareco regional bölməsinin əməkdaşları hazırda şərti cəza çəkən Q.C.-nin evində və yardımçı anbarlarında apardıqları axtarışlar nəticəsində maddi sübut kimi “marixuana” götürüblər.
Quriya Polis Şöbəsinin əməkdaşları Ozurqeti bələdiyyəsində K.D. və Ş.Q.-nin şəxsi axtarışı nəticəsində maddi sübut kimi narkotik vasitə olan “buprenorfin” götürüb”, - deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması və satış üçün hazırlanması, marixuananın qanunsuz əldə edilməsi və saxlanması və satış üçün hazırlanması, satışa cəhd, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz əkilməsi və becərilməsi faktları üzrə istintaq davam etdirilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Martın 20-də parlamentdə çıxışı zamanı daxili işlər naziri Vaxtanq Qomelauri narkotiklərin qanunsuz dövriyyəsini “ciddi problem” adlandırıb. Onun sözlərinə görə, 2023-cü ildə narkotik cinayətlərinin üzə çıxarılması 2022-ci illə müqayisədə 21% artıb.