Natia Kupraşvili - mənə zəng etdilər və dedilər ki, məni mənzilin yaxınlığında gözləyirlər, bu birbaşa hədə-qorxudur

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Bu gün naməlum şəxslər mənə dördüncü dəfə, bu dəfə gürcü nömrəsi ilə zəng etdilər. Anamın uşaqlar ilə birlikdə olduğu yaşayış evinin ünvanının adını çəkdilər. Mənə dedilər ki, mənzildə məni gözləyirlər və əzişdirəcəklər. Bu, birbaşa hədə-qorxudur”, - deyə “xarici agentlər” haqqında rus qanununa etiraz çıxışlarında fəal iştirak edən "Jurnalistika Resurs Mərkəzi"nin direktoru Natia Kupraşvili deyir. 

“Dünən mənə ilk dəfə Ukrayna, “Dnepr” nömrəsindən zəng etdilər. Mən həmişə oradan gələn zənglərə cavab verirəm, çünki bir köçkün ailəsi ilə yaxın münasibətimiz var və onları heç vaxt cavabsız qoymuram. Zəngə yüksək səslə cavab verdim. Söyməyə başlayanda həyat yoldaşım yanımda idi və o da söydü.

Gecə saat üçün yarısında mənə Çaddan (Mərkəzi Afrika ölkəsi) zəng gəldi. Cavab vermədim. Səhər mənə alman nömrəsi ilə zəng etdilər. Mən bu zəngi də cavabsız qoydum. Tapşırığı yerinə yetirə bilmədiklərinə görə dördüncü dəfə gürcü nömrəsindən mənə zəng etdilər. Jurnalistin zəngini gözləyirdim və ona görə də naməlum nömrəyə cavab verdim.

Naməlum şəxs mənə adım ilə müraciət edərək mənzilə gəldiklərini dedi. Soruşdum ki, hansı mənzildir, siz kimsiniz? Anamın yaşadığını, uşaqlarımın olduğunu evimin ünvanını dedilər. Siz kimsiniz? dedim təkrardan. Düşündüm ki, anama nəsə lazımdır. Gəlsən görərsən deyib, ​​söyüş söyüb, nalayiq sözlərlə hədələyib, səni əzişdirəciəyik və s. dedilər. Telefonu söndürdüm.

Dünəndən yazırıq ki, naməlum şəxslər bizə zəng edib hədələyirlər. Bu gün Daxili İşlər Nazirliyindən bizə bildirdilər ki, heç bir iş qaldırmayıblar. Fərdi Məlumatların Mühafizəsi Xidməti İdarəsi bizə bildirir ki, bu onların sahəsi deyil. Naməlum şəxslərə bizim şəxsi məlumatlarımız verilib, emal edilib və bizi qorxutmağa çalışırlar. Mən mənzilin yanındayam, aşağı düş, ananı ağladacağam, daha nə təhdid olmalıdır?”, - Natia Kupraşvilinin sözlərinə görə, o, istintaqa başlamaq tələbi ilə prokurorluğa da müraciət edəcək.

Nino Zuriaşvili, araşdırmaçı jurnalist

Naməlum şəxslər dünən “Monitor” araşdırma studiyasının redaktoru Nino Zuriaşviliyə də zəng ediblər. “İlk dəfə mənə dünən zəng etdilər. Məndən soruşdu ki, sən “Monitor” studiyasından Nino Zuriaşvilisən? Hə dedim və söyüş söyməyə başladı. Soruşdum ki, niyə söyürsən, nə istəyirsən? Niyə Avropanın şəffaflıq qanununu rus qanunu adlandırırsınız dedi? Sonra telefonu söndürdüm. İndiyədək mənə səkkiz dəfə zəng ediblər.

Mən demək olar ki, 100% əminəm ki, bu şəxsi məlumatlar Daxili İşlər Nazirliyindən götürülüb, çünki onlar hər şeyi çox dəqiqliklə bilirlər. Onlar artıq yaxınlarıma da zəng edirlər”, - Nino Zuriaşvili “Gürcüstan Xəbərləri”nə bildirib.

Çoxsaylı müraciətlərə baxmayaraq, Fərdi Məlumatların Mühafizəsi Xidməti rus qanunu əleyhdarlarına qarşı təşkil olunmuş kampaniyaya 2 gün gecikmə ilə cavab verib və naməlum şəxslər tərəfindən vətəndaşların telefon nömrələrinin işlənilməsinin qanuniliyini öyrənəcəyini bildirib.

“Sosial şəbəkələrdə yayılan məlumatlara görə, son günlər naməlum şəxslər vətəndaşlarla şəxsi telefon nömrələri ilə əlaqə saxlayır. Buna əsasən, Fərdi Məlumatların Mühafizəsi Xidməti öz səlahiyyətləri çərçivəsində vətəndaşların telefon nömrələrinin naməlum şəxslər tərəfindən emalının qanuniliyini öyrənəcək”, - deyə bəyanatda qeyd olunub.

Bu gün parlament sədri Şalva Papuaşvili artıq açıq şəkildə bəyan edib ki, onlar partiya strukturları vasitəsilə “zorakılıqda, digər qanunsuz hərəkətlərdə, təhdidlərdə və şantajda iştirak edən və ya bunu ictimai şəkildə bəyənən bütün insanlar haqqında məlumatın toplandığı məlumat bazası yaradacaqlar”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur