Gürcüstan parlamentinin vitse-spikeri, “Gürcü Arzusu”nun deputatı Nino Tsilosani NATO-nun Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın alyansa qoşulması ilə bağlı qeydin olmaması faktını müsbət təqdim etməyə çalışır. Tsilosaninin sözlərinə görə, 2008-ci ildə Buxarest sammitində alınan bu cür qeyd “Gürcüstanda müharibə prosesləri ilə müşayiət olundu”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İyulun 10-da NATO liderlərinin qəbul etdiyi Vaşinqton sammitinin bəyannaməsində Gürcüstanın adı cəmi bir dəfə çəkilir və ölkənin alyansa üzv olacağına dair heç bir qeyd yoxdur. Xüsusilə, NATO liderləri Rusiyanı “Moldova Respublikası və Gürcüstandan onların razılığı olmadan orada yerləşdirilən silahlı qüvvələrini çıxarmağa” çağırır.
“NATO bəyannaməsində mühüm qeyd var ki, Rusiya qoşunları Gürcüstan ərazisini tərk etsin. Təbii ki, bu, bir daha Gürcüstanın işğalının, ərazi bütövlüyünün tanınmasının və Qərb dünyasının dəstəyinin tutarlı təsdiqidir. Bunun fonunda bütün səhər müxalifət meydanında səs-küy görürük. Xüsusilə Quka Petriaşvilinin yazısı diqqətimi çəkdi. O, 2008-ci ildə NATO-nun sammitində verilən bəyanatla paralel aparır, bəlkə də təsdiqini tapmasa da, sonrakı bir çox qiymətləndirmələrə görə, həmin qeydn 2008-ci ildə Gürcüstanda gedən müharibə prosesləri ilə müşaiyət olunub.
Ona görə də müxalif siyasətçilər və onların əksəriyyəti 2008-ci ildə NATO-nun eskalasiya və müharibə gərginliyi rekordu ilə paralel aparanda bunu istəyir və dəstəkləyirlər. Təbii ki, bunu qiymətləndirməmək olmaz.
Dövlət məsuliyyətimizə əsaslanaraq, arzu edirik ki, istənilən qeyd və ya bəyanatlar təxribat xarakterli olmasın və minimum risk ehtiva etsin, çünki hazırkı mərhələdə, təəssüf ki, NATO çətiri Gürcüstanı qorumur. NATO üzvü olan ölkələrdən fərqli olaraq, biz öz bəyanatlarımızda həmişə daha ehtiyatlı olacağıq və tərəfdaşlarımızdan münasibətini bunu nəzərə alaraq qiymətləndirməyi xahiş edirik”, - Nino Tsilosani bildirib.
2008-ci il, aprelin 3-də Buxarestdə keçirilən sammitdə NATO liderləri Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağı barədə razılığa gəliblər. O vaxtdan bəri 2022 və 2024-cü illər istisna olmaqla, bütün sammit bəyannamələri Buxarest sammitində əldə olunan bu razılaşmanı təkrarlayıb.
Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Teona Akubardia hesab edir ki, Vaşinqton sammitinin nəticələri Gürcüstan üçün “tam fəlakət”dir.
“Biz görürük ki, Gürcüstanın NATO-da irəliləyişi dayandırılıb. Bütün bunlar “rus qanunu”nun qəbulundan irəli gəlir. Gürcüstanın NATO-da irəliləmək imkanı əldə etməsi üçün ən böyük fədakarlığı edən ordumuz bu vəziyyətdə tamamilə tək və Rusiyanın təcavüzü təhlükəsi qarşısında aciz qalır. Bütün bunlar Kremlin və “Gürcü Arzusu”nun yaxşı planlaşdırılmış əməliyyatıdır”, - deyə Akubardia bildirib.
“Strateji Təhlil Mərkəzi”nin yaradıcısı Nodar Xarşiladzenin fikrincə, Gürcüstanın ümumiyyətlə ayrıca qeyd olunmadığı Vaşinqton sammitinin bəyannaməsi NATO-Gürcüstan münasibətləri tarixində “ən çətin”lərdən biridir. “Bu, yəqin ki, cənab Bidzina İvanişvilinin və “Gürcü Arzusu”nun “Qlobal Müharibə Partiyası” ilə mübarizəsinin nəticəsidir. Bu, Gürcüstan üçün geri addımdır və çox təəssüf ki, bu günə qədər gəlib çıxmışıq”, - Xarşiladze qeyd edir.