Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri vəzifəsinə namizəd Otar Şamuqianın sözlərinə görə, nazirlik 2023-cü ilin avqustun 3-də Şovi istirahət zonasında baş vermiş və 33 nəfərin həyatını itirdiyi irimiqyaslı təbii fəlakət barədə yekun rəyi ictimaiyyətə gələn həftə təqdim edəcək. Şamuqia rəyin təcrübəli xarici mütəxəssislərin iştirakı ilə hazırlandığını vurğulayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təəssüf ki, iqlim dəyişikliyinin bariz nümunəsi olan Şovidə baş verən genişmiqyaslı fəlakət bizi böyük faciənin şahidi etdi. Fəlakətlə bağlı elmi əsaslandırılmış obyektiv rəy hazırlamaq bizim üçün zəruri idi və indi də zəruridir. Məhz buna görə də, bilirsiniz ki, ilk bir neçə gündə Milli Ətraf Mühit Agentliyinin əməkdaşları ilkin rəyi təqdim etdilər. Sonra biz işə başladıq və bu prosesə oxşar hadisələrin qiymətləndirilməsində uzun illər təcrübəsi olan xarici mütəxəssisləri cəlb etdik. Tövsiyələr almaq məqsədilə Buba buzlağında mütəxəssislərin ekspedissiyası baş tutub. Onlar mövcud vəziyyəti ətraflı öyrəndilər. Bir neçə gündən sonra bu proseslərlə bağlı daimi ünsiyyətdə olduğumuz və bir sıra görüşlərimizin ba. tutduğu yerli mütəxəssislərlə də işgüzar görüşümüz olacaq. Onları təqdim olunan materiallarla tanış edəcəyik, fikirlərini dinləyəcəyik. Gələn həftə biz həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrin də olacağı yekun rəyi ictimaiyyətə təqdim edəcəyik”, - deyə Otar Şamuqia parlamentdə sektor komitələrinin birgə iclasında bildirib.
Nazirliyə namizəd qeyd edib ki, bu ilin sonuna kimi ölkə üzrə 245 müşahidə hidrometeoroloji stansiyası fəaliyyətə başlayacaq və bu, erkən xəbərdarlıq sistemini təkmilləşdirəcək. Daşqınlara xüsusilə həssas olan icmalarda erkən xəbərdarlıq sistemləri qurulacaq.
“2024-cü ildə Milli Ətraf Mühit Agentliyinə əlavə 13 milyon lari ayrılıb ki, bu da müasir monitorinq şəbəkəsinin daha da yayğınlaşdırılmasını və gücləndirilməsini nəzərdə tutur.
Bu istiqamətdə öndə gedən Finlandiya Meteorologiya Xidməti ilə əməkdaşlıq çərçivəsində hava proqnozunun təkmilləşdirilməsi və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədi ilə informasiya sistemi tətbiq ediləcək.
Geoloji proseslərin monitorinqinin təkmilləşdirilməsi məqsədilə əlavə 11 sürüşmə zonasında müasir monitorinq sistemləri quraşdırılacaq və ilin sonunadək bu rəqəm 29-a çatdırılacaq. Yüksək ixtisaslı xarici mütəxəssislərin cəlb edilməsi və müasir yanaşmaların tətbiqi ilə bütün buzlaq vadilərində mövcud təhlükələr qiymətləndiriləcək, müvafiq tövsiyələr və həll yolları hazırlanacaq”, - Şamuqia bildirib.
Şovi fəlakətinin səbəbləri ilə bağlı yekun nəticə gürcü mütəxəssisləri tərəfindən İsveçrə şirkəti (GEOTEST) ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Milli Ətraf Mühit Agentliyinin avqustun 6-da dərc etdiyi ilkin rəyə əsasən, “2023-cü ilin avqustun 3-də Bubistskali çayı vadisində baş vermiş fəlakətli geoloji və hidrometeoroloji hadisələrə buzlağın intensiv əriməsi, qaya uçqununun çökməsi, buzlağın mənsəbinə atmosfer yağıntılarının düşməsi, sürüşmə-eroziya prosesləri və palçıq axınının keçməsi səbəb olub ki, bu da yalnız təbii amillərlə bağlı bir haldır”.