“Vahid Milli Hərəkat”ın keçmiş sədri Nika Melia, müxalifət üzvləri Baço Dolidze və Zviad Kuprava saxlanıldıqdan üç gün sonra azadlığa buraxılıbıar. Polis onları inzibati itaətsizlikdə ittiham edir. Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 353-cü (polis əməkdaşlarına hücum) maddəsi ilə də araşdırma başlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Sentyabrın 22-də Qldanidə Tbilisi şəhər şurasının “Milli Hərəkat”dan olan deputatı İrakli Edzqveradze və daha üç nəfərə hücum edilib. Edzqveradzenin sözlərinə görə, hücumu sifariş edən şəxs Qldaninin Şəhər Şurasının majoritar deputatı, “Gürcü Arzusu”nun üzvü Konstantine Zarnadzedir. Zarnadze bunu inkar edir.
Hadisədən az sonra xəsarət alan şəxslərin dostları və partiya üzvləri Qldaniyə toplaşıblar, bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları Nika Meliya, Baço Dolidze və Zviad Kupravanı saxlayıblar. Daxili İşlər Nazirliyi bildirir ki, Melia, Dolidze və Kuprava polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub, onlara şifahi və fiziki təzyiq göstərib, müqavimət göstəriblər. Hadisənin videogörüntülərində müdaxilə və fiziki zorakılıq faktları görsənmir.
Saxlanılan hər üç şəxs sentyabrın 24-də məhkəmə zalından buraxılıb. Vəkillər iş materialları ilə tanış olmaq üçün hakimdən vaxt istəyiblər. Proses oktyabrın 23-ü saat 12:00-yə təxirə salınıb.
“Əgər kiminsə hələ də bu hakimiyyətdən nəsə olacağ ilə bağlı illüziyayası var idisə, biz bu hökuməti demokratik hökumətə çevirə bilməyəcəyik. Bizim vəzifəmiz bu hakimiyyəti demokratikləşdirmək deyil. Bu sadəcə olaraq yerinə yetirilməmiş və əlçatmaz bir missiyadır. Hökumət, kriminallar üzərində qurulmuş bu hökümət dəyişdirilməlidir. Polis geyimində olanlarla dostumuza hücum edən quldurlar arasında heç bir fərq görmədik. Onlar illərdir mükəmməl koordinasiyada ayaqlarını bərkidiblər. 2020-ci ildən indiyədək Qldani bölgəsində nə baş verdiyini çox yaxşı bilirəm. Bir neçə nəfərin rəhbərlik etdiyi və bilavasitə polisə bağlı, birgə fəaliyyət göstərən cinayətkar qrup var. Bu, siyasi zəmində əvvəlcədən planlaşdırılmış kütləvi basqın idi. Burada kiminsə fərqli fikri varsa, bu insanların obyektivliklə heç bir əlaqəsi yoxdur”, – Nika Melia azadlığa çıxdıqdan sonra deyib.
Daxili İşlər Nazirliyi İrakli Edzveradze və daha 3 nəfərə qarşı qqrup halında zorakılıq törətdiklərinə görə 6 nəfəri həbs edib. Cinayət 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prokurorluq təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.