“Vətəndaşlar” partiyasının lideri, parlament üzvü Aleksandre Elisaşvili bacısı qızı Natia Culakidzenin Gürcüstanın Xalq Müdafiəçisinin müavini təyin edilməsində nepotizm əlaməti görmür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Nepotizm, tamamilə təhsilsiz, heç bir müvafiq bacarığı və ixtisası olmayan bir insanı sırf sənin yaxının və qohumun olduğuna görə götürüb hardasa vəzifəyə qoymaqdır. Bacım qızına gəlincə, ilk növbədə müstəqil insandır, çox bilikli və peşəkardır.
Nə edim, bacım qızıdır, təbiət belə qərar verdi. Niyə mənim bacım qızına, sırf bacım qızıdır deyə təzyiq olunsun? Əgər bacım qızı peşəkardırsa, niyə bu həyatda karyerası olmasın?
Xeyr, narahatlıq hiss etmirəm. Bu, mənim deyil, onun qərarıdır. Mən ona dedim ki, partiyadan getməsini istəmirəm, onun çox işi var, çox zəhmətkeş və yorulmazdır, getməsini istəmirdim, amma Levan bunu təklif etdi və mən ona dedim ki, bu sizin, xususən də sənin öz qərarındır. İndi mən nə etməliyəm ki, bu mənim bacım qızıdır, niyə özümü narahat hiss edim?!”, - deyə Elisaşvili “Palitranyus”un efirində bildirib.
Yeni Xalq Müdafiəçisi Levan İoseliani aprelin 3-də Natia Culakidzeni müavinladinin biri kimi irəli sürüb. 2020-ci ildə İoseliani və Elisaşvili birlikdə “Vətəndaşlar” partiyasını təsis edib və bu partiyadan parlament üzvü olublar. 2021-ci ildən Levan İoseliani müxalifətin kvotası ilə parlamentin vitse-spikeri seçildikdən sonra Culakidze İoselianinin ofisində baş mütəxəssis vəzifəsində çalışıb.
Julakidze deyir ki, Xalq Müdafiəçisinin müavinini vəzifəsinə təyin olunması onda heç bir narahatlıq doğurmur və maraq toqquşması da yoxdur.
Culakidzenin iş təcrübəsi, yalnız Elisaşvili və İoselianinin partiyayadək təsis etdiyi vətəndaş hərəkatında, ilk layihə məmuru, sonra isə icraçı direktor olaraq var.